Rabitə Nazirliyi elektron imzanın beynəlxalq səviyyədə tanınmasını planlaşdırır

27.01.13

Rabitə vəİnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM)Azərbaycanda verilən elektron-rəqəmsal imzanın beynəlxalq səviyyədə tanınmasına çalışmağı planlaşdırır.MHM-dən bildiriblər.

Mərkəzhazırda ISO/IEC 27001 informasiya təhlükəsizliyinə dair beynəlxalq standartüzrə sertifikasiyadan keçir.

"Hazırda demək olar ki, hazırlıq prosesi artıq yekunlaşıb və ümumi prosedura əsasən,ilkin mərhələdə audit keçiriləcək. İndiyədək keyfiyyətin idarə olunması menecmenti üzrə sertifikasiyadan keçmişik. İndi informasiya təhlükəsizliyi üzrə sertifikatların alınması ərəfəsindəyik", - mərkəzdən qeyd ediblər.