MHM avqust ayinda ən çox istifadə olunan elektron xidmətlərin siyahısını açıqlayıb

9.09.14

Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) avqust ayında "Elektron hökumət" portalı vasitəsilə ən çox istifadə olunan elektron xidmətlərin növbəti siyahısını təqdim edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunan "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işə götürənə məlumatın verilməsi” xidməti aprel ayında istifadəçilərin daha çox müraciət etdiyi əsas xidmətlərdəndir. Bu xidmətlə bağlı sayta 489759 giriş olub.

Daha çox istifadə olunan elektron xidmətlərin daxil olduğu siyahıda TQDK-ın "Namizədlərə, sınaq imtahanı iştirakçılarına imtahan nəticələri haqqında məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi" (272292),"Namizədlərin elektron ixtisas seçimi ərizələrinin onlayn qəbulu” (216298), RYTN-in "Telefon nömrəsi üzrə axtarış”( 65161), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" (39384), RYTN-in "Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi" (13249) və digər qurumların xidmətlərinin adları var.