Nazir Quba rayonunda vətəndaşlarla görüşəcək

25.08.14

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov tərəfindən avqust ayının 27-si, saat 10:00-da Quba rayonunda (Quba, Qusar, Xaçmaz) telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların qəbulu planlaşdırılır.

Vətəndaşlar qəbula yazılmaq üçün "mincom@mincom.gov.az” elektron poçt ünvanına, 1655 nömrəli "Qaynar xətt”, 598 38 18 telefon nömrəsinə (regionlardan edilən zənglər pulsuzdur) müraciət edə bilərlər.

Zərurət yarandıqda, qəbula gəlmək istəyən vətəndaşlar yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitəsi ilə təmin olunacaqlar. Bunun üçün:

Quba rayonunda 335-50-50

Qusar rayonunda 385-31-57

Xaçmaz rayonunda 325-15-15

nömrəli telefonlara zəng etmələri kifayətdir.