"Vətəndaşların e-xidmətlərdən istifadə səviyyəsi və e-xidmətlərə tələbat" mövzusunda Dəyirmi Masa keçirilib.

1.07.14

25 iyun 2014-cü il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində Multimedia Mərkəzi və Elektron xidmətlərin təşviqi üzrə İctimai Şuranın təşkilatçılığı ilə "Vətəndaşların e-xidmətlərdən istifadə səviyyəsi və e-xidmətlərə tələbat” mövzusunda Dəyirmi Masa keçirilib.

Tədbirdə mövzu ilə bağlı Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə DövlətAgentliyinin bölmə müdiriUlduz Xəlilova "Elektron xidmətlərin keyfiyyəti və elektron xidmətlərin təqdim edilməsi prosesində vətəndaşların məmnunluğu” mövzusunda təqdimat edib. Təqdimatda elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, tam elektronlaşma prosesinin başa çatdırılmasına, daha vacib əhəmiyyətli xidmətlərin elektron formaya keçirilməsinə diqqət yetirilməsinin vacibliyi vurğulanıb.

Elektron Hökumət Portalının əməkdaşıİlqar Abdullayev"Elektron hökumət" portalı vasitəsilə istifadə olunan xidmətlərin statistikası” mövzusunda təqdimatla çıxış edib. O, təqdimatda Portaldan istifadə statistikası barədə məlumat verib və xidmətlərdən az istifadə edilməsinin əsas səbəblərini açıqlayıb. İ. Abdullayev "bir pəncərə” prinsipinə heç də bütün dövlət qurumları tərəfindən əməl olunmadığını, İnformasiya ehtiytalraının fərdi identifikasiya nömrəsinə uyğunlaşmanın yetərli olmadığını, informasiya sistemləri arasında inteqrasiyanın aşağı səviyyədə olduğunu və bir sıra digər səbəbləri qeyd edib.

Multimedia Mərkəzinin direktoru Osman Gündüz"Elektron xidmətlərdən istifadənin vəziyyəti” mövzusunda təqdimat edib. Təqdimatda ölkədə elektron xidmətlər sahəsində mövcud vəziyyət, elektron xidmətlərdən istifadənin statistikası və elektron xidmətlərdən istifadə sahəsində mövcud problemlər qeyd edilib. Təqdimatda kütləvi xidmətlərin yetərincə elektron formaya keçirilmədiyi, mövcud elektron xidmətlərin tanıtımının aparılmadığı, bəzi xidmətlərin keyfiyyətsizliyi, bir sıra hallarda "bir pəncərə” prinsipinə əməl olunmadığı və dövlət qurumlarının informasiya sistemlərinin inteqrasiya olunmadığı əsas problemlər olaraq qeyd edilib. Təqdimatda problemlərin səbəbləri və aradan qaldırılması yolları da sadalanıb.

Tədbir iştirakçılarının çıxışlarında elektron xidmətlərin inkişafı istiqamətində ölkədə xeyli addımların atıldığı diqqətə çatdırılıb. Bununla belə çıxışlarda xidmətlərin tanıtımı və reklamı ilə bağlı işlərin qaydasında olmadığı, bir sıra hallarda xidmətlərin keyfiyyətinin yetərli səviyyədə olmadığı və bəzi texniki qüsurların olduğu vurğulanıb.

Çıxışlarda maraqlı tərəflərin iştirakı ilə bu cür müzakirələrin təşkilinin də kifayət qədər faydalı olması və bu cür müzakirələrin davam etdirilməsinin vacibliyi qeyd edilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsiR.Cabbarovölkədə elektron hökumət quruculuğu istiqamətində atılan addımlardan və görüləcək işlərdən söz salaraq, Elektron hökumət quruculuğu istiqamətində xüsusi dövlət Proqramının layihəsinin də müzakirələrdən keçirilərək hazırlandığını və hökumətə təqdim edildiyini diqqətə çatdırıb.

Tədbirin sonunda qeyd olunan təkliflərin ümumiləşdirilərək Elektron xidmətlərin təşviqi üzrə İctimai Şurada bir daha müzakirə ediləcəyi və müvafiq dövlət qurumların təqdim ediləcəyi bildirilib.

Tədbirdə hökumət qurumlarının nümayəndələri, müstəqil ekspertlər, özəl və ictimai sektorun təmsilçiləri, beynəlxalq təşkilatların nümayəndələri və mətbuat işçiləri iştirak edib.