Məlumat Hesablama Mərkəzi "A+A Group of Companies" şirkətlər qrupu ilə birgə daha bir yeni layihəyə imza atdı

1.07.14

Məlumat Hesablama Mərkəzi ilə "A+A Group of Companies” şirkətlər qrupu arasında imzalanmış müqavilə əsasında yeni bir layihə işıq üzü gördü və ölkə vətəndaşları üçün ən maraqlı televiziya kanallarını internetdə daha asan və rahat izləmək imkanı yaradılmış oldu. Bu unikal bir xidmətdir və bu xidmət vasitəsilə 50-dən çox ən tanınmış və maraqlı TV kanallarını internetdə canlı yayımda izləmək mümkündür.

Bu xidmətdən istifadə etdikdə peyk anteniquraşdırmağa, TV kabelləri çəkməyə və ya bahalı avadanlıq almağa heç bir ehtiyac qalmır.Onlayn TV (ott.az) ilə əla keyfiyyətdə sevimli kanalları izləmək  üçün yalnız İnternetə qoşulmaq kifayətdir. İstifadəçilərin maraqlarını və dil seçimlərini nəzərə alaraq, mütəmadi olaraq yayımlanan TV kanalları seçilib siyahıya əlavə edilir.

Onlayn TV kanal paketinə həm xarici (rus, türk) kanallar, həm də Azərbaycan televiziya məkanının kanalları daxildir.Canlı yayımdafutbol oyunlarına, kino, əyləncə proqramlarına baxmaq daha rahat oldu. Paketə daxil olan kanallar arasında TRT, AzTV, НТВ+Футбол, Disney TV və sair kanallar var. Unikal texnologiya internet xəttinizi ciddi yükləməyərək TV verilişlərinə problemsiz və yüksək keyfiyyətdə baxmağa imkan yaradır. Bu xidmət üçun Sizin İnternet traffikinizin sadəcə 1 Mb/s kanalı kifayətdir.

Xidmətə qoşulmaq üçün vətəndaşlar özlərinə rahat olan qeydiyyat yolunu seçə bilərlər. İstifadəçi adı və parolu daxil etməklə dünyanın istənilən yerində İnternet üzərindən Türk, Azərbaycan və Rus televiziyasına baxmaq imkanı əldə etmək mümkündür.

Bunun üçün Ott.az saytında qeydiyyatdan keçib və istənilən istifadə müddətini seçməklə ödəniş etmək kifayətdir. Vətəndaşların rahatlığı üçün müxtəlif ödəmə üsulları təklif edilir. Belə ki, xidmət haqlarının internet vasitəsilə, Milli ÖN ödəmə nöqtələri vasitəsilə və istənilən poçt şöbələrində asanlıqla ödəmək mümkündür. 

Onlayn TV hər cür "smart" cihazda işləyir və yalnız İnternetin olması kifayətdir. Smart TV, kompüter, Ipad, Iphone və ya Android sistemində işləyən telefon və planşetlərdə internet brauzerdən (opera, İnternet Explorer,Chrome və s.) və ya mobil program təminatı yükləyərək, qeydiyyatdan keçib və sevimli kanalları izləmək olar.İPhonevə iPad üçün iTunes dan OTT.AZ proqramı yükləmək, androidsmartfonları üçün isə Google Play-ə daxil olub OTT.AZ proqramını telefona və ya planşetə yükləmək olar.

Həyata keçirilən bu birgə layihə nəticəsində yüksək keyfiyyətli onlayn TV xidmətləri kabel televiziyalarına nisbətən daha ucuz və cəlbedici qiymətlə ölkə vətəndaşlarının istifadəsinə təqdim olunur.

Layihənin istismara verilməsindən çox az müddət keçməsinə baxmayaraq bu xidmətdən istifadə edənlərin sayı artmaqdadır.