"Elektron hökumət" portalının xidmətlərinə müraciət edən 1 milyonuncu istifadəçi mükafatlandırılıb

29.04.14

"Elektron hökumət" portalının təqdim etdiyi elektron xidmətlərə 1 milyon dəfə müraciət edilib. Portala müraciət etmiş milyonuncu şəxs Şəki rayonunun sakini Hüseynbəyli Nəbi Məmmədoğludur. Kifayət qədər yüksək göstərici sayılan bu fakt həmçinin "Elektron hökumət" portalının təqdim etdiyi elektron xidmətlərdən istifadə edənlərin sayının nəinki paytaxtda, ümumilikdə ölkə üzrə, o cümlədən regionlarda da artdığını, bu xidmətlərdən istifadənin əlçatanlığının təmin edildiyini göstərir.

Bu əlamətdar hadisə münasibətilə portala milyonuncu müraciət edən Nəbi Hüseynbəylinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən mükafatlandırılıb.