Prezident İlham Əliyev Azərbaycanda informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb

3.04.14

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Milli Strategiyanın həyata keçirilməsi üzrə əlaqələndirici orqan müəyyən edilib.

Nazirlər Kabinetinə tapşırılmışdır ki, Milli Strategiyanın həyata keçirilməsi üzrə 2014-2017-ci illər üçün Dövlət Proqramının layihəsini 4 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin, Sərəncamdan irəli gələn digər məsələlərin həlli ilə məşğul olsun.