Məlumat Hesablama Mərkəzinin idman üzrə uğuru

16.12.13

Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramının qeyd olunması ilə əlaqədar rabitə sistemində çalışan işçilərin sağlamlığının möhkəmləndirilməsi, eləcə də bədən tərbiyəsi və idman hərəkatının respublikamızda daha geniş vüsət almasının təmin edilməsi məqsədi rabitəçilərin "Sağlamlıq-2013” Respublika Spartakiadası keçirilib.

RİTN-in Məlumat Hesablama Mərkəzinin əməkdaşları Spartakiadanın proqramına daxil olan idman növləri üzrə yarışlarda fəal iştirak ediblər. Belə ki, MHM-in komandası (Quliyev Rafiz, Səmədov Rəşid, Şirəliyeva Gülfirə) komanda yarışında ən yaxşı nəticəni dama üzrə 2-ci yeri tutmaqla göstərmişdir. Dama üzrə şəxsi birinciliydə kişilər arasında Quliyev Rafiz ,qadınlar arasında isə Şirəliyeva Gülfirə 2-ci yeri tutub. Həmçinin MHM-in komandası 14 komanda arasında tennis üzrə (Almazov Eldar, Suleymanov Samir, İsayeva Leyla) və şahmat üzrə 5-ci yerin sahibi olub (Mailov Arif, Şevcenko Aleksandr, Şirəliyeva Gülfirə).