Məlumat Hesablama Mərkəzində bayram sevinci

13.12.13

2006-cı ildən etibarən hər il dekabrın 6-sı Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı kimi qeyd edilir. Prezident İlham Əliyevin sərəncamı ilə 2013-cü ilin ölkədə "İKT ili” elan edilməsi isə peşə bayramının sevincini ikiqat artırır. Məhz bu səbəbdən bu il rabitəçilərin peşə bayramı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzində də xüsusi qeyd edilib. Bu gün bütün rabitəçilərin, o cümlədən MHM-in işçilərinin də əməyi qiymətləndirilir. Belə ki, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov tərəfindən rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı ilə əlaqədar rabitəçilərin əməyini qiymətləndirilərək fəxri adların və mükafatların verilməsi haqqında əmr imzalanmışdır.

Tədbirdə çıxış edən MHM-in direktoru Nail Mərdanov "İKT ili”ndə "Mobil cihazların qeydiyyat sistemi”nin fəaliyyətə başlaması, "Elektron hökumət" quruculuğu, e-xidmətlərin geniş tətbiqi, "elektron imza”dan yararlanma imkanlarının artırılması istiqamətində görülən işlər,www.e-gov.azwww.rabita.azportallarının tamamilə yeni tərtibatda fəaliyyətə başlaması, "Elektron hökumət" portalının rəsmi "Facebook” səhifəsinə artan istifadəçi marağı və digər məsələlərdən söz açıb. MHM-in növbəti dəfə "İSO 9001:2008" beynəlxalq uyğunluq sertifikatını əldə etməsi, təşkilatlar və banklarla əməkdaşlığı və digər nailiyyətləri haqda da məlumat verən MHM-in rəhbəri daha sonra bütün rabitəçiləri, o cümlədən MHM əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edərək, gələcək işlərində uğurlar arzulayıb.

Bundan sonra MHM-in rəhbərliyi RİTN-nin Əmrilə SXM-in müdiri Arif Mailova və PŞ-nin müdir müavini Cəmşid Naxçıvanskiyə "Rabitə ustası” fəxri adın verilməsi, və həmçinin TXŞ-nin müdir müavini Eldar Əliyevə, mühəndis Rahib Ağababayevə, mühəndis proqramçı Emin Novruzova Fəxri Fərmanla təltif olunması ilə bağlı təbrik edib.
 
Həmçinin rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı ilə əlaqədar olaraq ən peşəkar "şəbəkə inzibatçısı” nominasiyası üzrə müsabiqədə MHM-in əməkdaşı TXŞ-nin texniki Xəyal Əhmədov 1-ci yerə, ən peşəkar "proqramçı” nominasiyası üzrə isə Cəmşid Naxçıvanski 2-ci yerə layiq görülüb. Peşə yarışmaları üzrə sualların hazırlanması, yarışların şəffaf keçirilməsi və qiymətləndirilmələrin ədalətli aparılmasını təmin etdiklərinə görə yaradılmış Münsiflər Heyətinin üzvlərindən biri olan MHM-in sektor müdiri Fuad Maqsudov da mükafatlandırılıb.

Tədbirdə il ərzində göstərdiyi xidmətləri ilə fərqlənən əməkdaşlar da unudulmayıb. Xüsusən "İKT ili”nin sonuncu nəhəng tədbiri olan "Bakutel-2013” sərgisində MHM-in sərgiyə ezam edilən əməkdaşları: Gövhər Abdullayevaya, Aynur Əliməmmədovaya, Leyla Salamovaya, Günay Hüseynovaya, Esmira Əliyevaya, Gülnar Abbasovaya, Eldar Almazova, Həbib Abbasova, Pərviz Nağıyevə, Rəşid Səmədova, Tural Hüseynova, Rüfət İsayevə təşəkkürnamə elan edilib və mükafatlandırılıblar.
Həmçinin MHM-in sosial şəbəkələrdəki səhifələrinin idarə edilməsində əməyi olan Babək Mahmudova və Fərid Rzayeva də təşəkkürnamə elan edilərək, mükafatlandırılıblar.