"Qalibləri həm də "Elektron hökumət" məktəbinin ilk məzunları hesab etmək olar"

13.12.13

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Nar Mobile və Azərbaycan İnternet Forumunun təşəbbüsü ilə elektron hökumət quruculuğundan, informasiya cəmiyyətindən, ümumiyyyətlə İKT -dən yazan jurnalistlər və bloqçular üçün nəzərdə tutulan "Onlayn Media” müsabiqəsi başa çatdı. Tədbirin açılışında AİF prezidenti Osman Gündüz layihə haqqında məlumat verərək, qeyd etdi ki, "Onlayn Media” müsabiqəsi 15 sentyabrdan 01 dekabr tarixədək davam edib. Sevindirici haldır ki, ildən- ilə müsabiqədə iştirak edənlərin sayı artır, keçən il 6 nəfər iştirak etdiyi halda, bu il 30 jurnalist və 70 mikrobloqçu iştirak edib.”

Yazı müsabiqəsində 1-ci yeri Rühiyyə Hüseynova (Aznews.az), 2-ci yeri Fərman Nəbiyev (Mingəçevir işıqları), 3-cü yeri isə 3 nəfər - Babək Cahandarov( gun.az), Günay Musayeva (musavat.com) və Aynurə Əhmədova ( ayna.az) qazanıblar.

Yazılar üzrə həvəsləndirici yerləri Elşad Paşasoy (musavat.com), Fərəh Sabirqızı (modern.az), Bəkir Nərimanoğlu ( mediaforum.az), Mustafazadə Mircavad(femida.az), Elxan Salahov(hafta-ichi.az), Mirvari Nəzərova (qaynarinfo.az), Aygün Cəfərli (kaspi.az), Nüsrət Zeynalov (gazete.az) və bloq yazarı , yeni media üzrə pedaqoq Səbinə İzzətli qazanıblar.

Twitter sosial şəbəkəsində # ehokumət həştəqi üzrə keçirilən yarışmada 1-ci yeri Ülkər Eldarqızı, 2-ci yeri Ramin İlyasov və 3-cü yeri Kamran Novruzov qazanıb.

#etehsil həştəqi üzrə sosial mediada keçirilən yarışmada 1-ci yeri Jalə Səmədova, 2-ci yeri Ülkər Eldarqızı və 3-cü yeri Rəşad Mehdizadə tutub.

Bütün qaliblərə və fərqlənənlərə qiymətli hədiyyələr və diplomlar təqdim edilib.

RİTN-nin əməkdaşı Kamal Məmmədov tədbir zamanı bu il ərzində görülən işlər barəsində ümumi məlumat verərək, 2013- cü il İKT ilinin çox məsuldar olduğunu bildirdi və vurğuladı kı, Nazirlik belə sosial yönümlü tədbirlərin keçirilməsində daim maraqlıdır, o cümlədən İKT sahəsindən yazan jurnalistlərlə bağlı keçirilən layihələrə maddi və mənəvi dəstəyini əsirgəmir.”

Təqdimat mərasimində iştirak edən Məlumat Hesablama Mərkəzinin direktor müşaviri Vüqar Abdullayevin sözlərinə görə, "belə müsabiqələrin və təlimlərin keçirilməsi çox önəmlidir. Elektron hökumət quruculuğu haqqında vətəndaş cəmiyyətinə məlumatların çatdırılmasında KİV nümayəndələrinin rolu daha böyükdür. Əslində biz bu cür müsabiqəni "İKT ili” çərçivəsində təxminən 2 ay bundan qabaq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təşkil etmişdik. Sevindirici haldır ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təşkil edilmiş "Elektron hökumət”lə bağlı ən yaxşı analitik məqalə müsabiqəsində qalib olmuş Rühiyyə Hüseynova (Aznews.az) , Aynurə Əhmədova (ayna.az) və Ramin İlyasov, məhz "Onlayn media” müsabiqəsində də həmin uğurlarını təkrarlaya biliblər. Bu bir daha onu sübut edir ki, "Elektron hökumət”lə bağlı ən yaxşı analitik məqalə müsabiqəsi tam şəffaf şəraitdə keçirilmişdir. Bunun məntiqi davamı olaraq həmin qaliblər "Onlayn media” müsabiqəsində də qaliblərin siyahısına öz adlarını yazdırmağı bacardılar. Bir məsələni də vurğulamaq istərdim ki, sözügedən qalibləri həm də "Elektron hökumət” məktəbinin ilk məzunları hesab etmək olar və mən bütün qalibləri təbrik edirəm.”