"Bakutel-2013" sərgisində ziyarətçilər "Elektron Hökumət" portalından qeydiyyatdan keçməklə "e-imza" kartına pulsuz sahib olacaqlar

28.11.13

"Bakutel-2013" sərgisində ziyarətçilər "Elektron Hökumət” portalı stendində qeydiyyatdan keçməklə "e-imza” kartına pulsuz sahib olma imkanı əldə edəcəklər.

"Elektron Hökumət” portalında e-xidmətlərdən istifadənin artırılması məqsədi ilə və vətəndaşların e-xidmətlərə olan marağınının nəzərə alaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən "Bakutel-2013" sərgisində "Elektron Hökumət” portalı  pavilyonu quraşdırılacaqdır.
Pavilyona müraciət edən vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməklə sadələşdirilmiş kod-parol əldə edə biləcəklər. Bundan sonra vətəndaş yalnız pavilyon ərazisindən www.e-gov.az portalına daxil olaraq, elektron imza alınması üçün "Vətəndaşlar üçün elektron imza sertifikatları sifarişi” online müraciət formasını dolduracaq və ödənişsiz olaraq sifariş edəcəkdir. Müraciət forması qəbul olunduqdan sonra pavilyonda qısa zaman müddətində vətəndaşın adına olan e-imza vəsiqələri hazırlanaraq, kart oxuyucu ilə birlikdə onlara təqdim ediləcəkdir.

Beləliklə, vətəndaş Sertifikat Xidmət Mərkəzinə getmədən "e-imza” kartını pulsuz əldə edəcək. Bunun üçün vətəndaşın yalnız şəxsiyyət vəsiqəsi ilə sərgidə "Elektron Hökumət" portalına ayrılmış pavilyona yaxınlaşması kifayətdir.
Nəzərinizə çatdıraq ki, yuxarıda qeyd edilənlər yalnız sərgi ziyarətçilərinə şamil ediləcək.