Məlumat Hesablama Mərkəzinin əməkdaşları rayonlara ezam edilib

18.11.13

"Azərbaycan Respublikasında 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 mart tarixli 2815 nömrəli sərəncamının icrası ilə əlaqədar hazırlanmış Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 9 saylı Tədbirlər planının 33-cü bəndinə ("Regionlarda İKT üzrə bilik və bacarıqların artırılması məqsədi ilə əhalinin müxtəlif qrupları üçün təlim kursların, seminarların keçirilməsi”) uyğun olaraq Məlumat Hesablama Mərkəzinin əməkdaşları Lənkəran, Astara, Yardımlı və Masallı rayonlarına ezam edilmişlər. Səfər çərçivəsində MHM-in əməkdaşları sözügedən regionlarda təlim kurslarında iştirak edib.  "Elektron hökumət" portalı və elektron imzanın tətbiq formalarının metodlaşdırılması ilə əlaqədar mövzular müzakirə edilib. Keçirilən toplantıda "Elektron hökumət" portalında qeydiyyat, xidmətlərin istifadəsi və sənədin elektron imza kartı ilə imzalanması iştirakçılara praktiki təlimdə göstərilib.