Elmir Vəlizadə: "Dövlət xidmətlərinin "Elektron hökumət" portalına inteqrasiyası üzrə işlər sürətləndiriləcək"

12.11.13

Azərbaycanın dövlət qurumlarının elektron xidmətlərinin "Elektron hökumət" portalına inteqrasiyası üzrə işlər sürətləndiriləcək.  Bunu  Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib.

Onun sözlərinə görə, bununla əlaqədar xüsusi dövlət proqramı hazırlanıb: "İndiki mərhələdə mərkəzi icra hakimiyyəti orqanlarının portala qoşulması üzrə işlər aparılır. Növbəti mərhələ isə yerli icra hakimiyyyəti oqranlarının və bələdiyyələrin qoşulmasını nəzərdə tutur".

Qeyd edək ki, Azərbaycanda təsdiq edilmiş elektron xidmətlərinin sayı 426-dır, onların 272-dən portalda istifadə etmək olar. Azərbaycanın dövlət qurumlarının saytlarında yerləşdirilmiş elektron xidmətlərin ümumi sayı 407-dir.