Ən çox istifadə olunan e-xidmətlərin siyahısı açıqlandı

8.01.13

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzi (MHM)"Elektron hökumәt" portalı vasitәsilә әn çox istifadә olunan elektron xidmәtlәrin siyahısını açıqlayıb. Siyahı 01.12.2012-dən 25.12.2012-ci il tarixinә qədər olan dövrü əhatə edir.

MHM bildirir ki, bu müddət ərzində ən çox istifadə olunan Әdliyyə Nazirliyinin əhaliyə təqdim etdiyi «Adın mənası» e-xidmətidir. İstifadəçilər bu xidmətdən 672 dəfə yararlanıblar. İkinci ən çox istifadə olunan e-xidmət Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təqdim etdiyi «Cari danışıqlar üzrə borcdur»(PİN-ə görə). Bundan da 613 nəfər istifadə edib. Üçüncü yerdə isə Dövlət Sosial Müdafiə Fondunun «Sığortaolunanlar tərəfindən məlumatların əldə edilməsi»e-xidmətidir ki, bundan da 600 dəfə yararlanılıb.

Daxili İşlər Nazirliyi «PİN-ə görə fərdi məlumatların axtarışı»(427), Təhsil Nazirliyinin «Diplom haqqında məlumatlar» (356) e-xidmətləri də müvafiq sıralama ilə 4-cü və 5-ci yerlərdə dayanır.

RİTN-in «Telefon üzrə ətraflı məlumat» (316), «Qəbzlər üzrə borc (PİN-ə görə)» (297), «ADSL-ə qoşulma/imtina» (274) və Dövlət Sosial Müdafiə Fondunun «Pensiyaçı tərəfindən məlumatların əldə edilməsi» (268) xidmətləri də ən çox istifadə olunan e-xidmətlər sırasındadır