Dövlət qurumlarının göstərilən elektron xidmətlərin sayı 393-ə çatıb

7.01.13

Hazırda "Elektron hökumət” portalında dövlət qurumlarının saytları vasitəsilə göstərilən elektron xidmətlərin ümumi sayı 393 ədəd olub.

Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən hazırlanmış "Elektron hökumət” bülleteninin ilk sayında qeyd olunub.

Qeyd olunub ki, təsdiq edilən elektron xidmətlərin sayı 417 ədəd təşkil edir ki, bunlardan da 187 ədədi portalda var.

"Elektron hökumət” portalına inteqrasiya edilən elektron xidmətlərinin sayı 109 ədəd təşkil edib.

MHM-in məlumatına görə, 2012-ci il noyabrın 20-dən dekabrın 20-dək dövlət qurumlarının elektron xidmətlərindən 7957 dəfə istifadə edilib.

Milli Sertifikasiya Mərkəzinin verdiyi elektron-rəqəmsal imzaların sayı dekabrın 25-nə 2328 ədəd təşkil edib. Elektron-rəqəmsal imzanın 203 ədədi hüquqi və fiziki şəxslər, 2125 ədədi isə vətəndaşlar tərəfindən əldə edilib.

Milli Sertifikasiya Mərkəzinin dövlət idarəetmə orqanlarına verdiyi sertifikatların sayı dekabrın 25-nə 2650 ədəd təşkil edib.