İnformasiya təhlükəsizliyi üzrə beynəlxalq tədbir keçiriləcək

12.09.13

Voronej şəhərində Regional Rabitə Birliyinin (RRB) elektrorabitə üzrə komissiyasının, Regional Rabitə Birliyinin Elektrorabitə operatorları şurasının 32/28-ci birgə iclası və qarşılıqlı fəaliyyətdə olan rabitə şəbəkələrinin informasiya təhlükəsizliyi üzrə İşçi qrupunun 19-cu iclası başlayır.

Birgə iclasda MDB ölkələrində beynəlxalq rabitə xidmətləri göstərildikdə (o cümlədən rouminqdə) operatorlar arası hesablaşmaların həyata keçirilməsi prinsipləri haqda sazişin layihəsinin baxılması nəzərdə tutulub.

Tədbirdə eyni zamanda, radiotezlik çeşidinin idarə edilməsinin iqtisadi metodlarının istifadəsi, 2012-ci il ərzində MDB ölkələrinin infokommunikasiya inkişafının regional monitorinqinin nəticələri, aşağı əhali sıxlaşması müşahidə olunan ərazilərdə rəqəmsal qeyri-bərabərliyin aradan qaldırılması üçün yeni imkanlar müzakirə ediləcək.

İclaslarda rabitə şəbəkələrində xidmət keyfiyyətinin və rabitə sistemlərinin monitorinq mərkəzlərinin tətbiqi məsələləri, RRB-yə üzv olan ölkələrin şəbəkələrinin konvergensiyasını nəzərə alaraq rabitə şəbəkələrinin qarşılıqlı fəaliyyətinin İP protokola keçirilməsi, mobil və stasionar rabitə şəbəkələrində nömrələrin daşınması sisteminin tətbiqi məsələlərinə də baxılacaq. Tədbir sentyabrın 13-dək davam edəcək.
Qeyd edək ki, Azərbaycan tərəfini təhlükəsizlik komissiyasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Məlumat-Hesablama Mərkəzinin rəhbəri Nail Mərdanov təmsil edir.