"Elektron hökumət" bülleteninin ilk sayı işıq üzü görüb

7.01.13

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən hazırlanmış "Elektron hökumət" bülleteninin ilk sayı işıq üzü görüb. Bülleten ölkəmizdə "elektron hökumət"in formalaşması istiqamətində görülən və nəzərdə tutulan işlər haqqında, "elektron hökumət" layihələri haqqında məlumatlar və o cümlədən elektron xidmətlərin sayı, onlardan istifadə və s. müqayisəli statistikanı təqdim etməyi, ictimaiyyəti məlumatlandırmağı nəzərdə tutur.

Həmçinin yeni təqdim olunacaq elektron xidmətlərin şərh olunması, müxtəlif dövlət orqanlarının informasiya sistemlərinin analizi və təqdimatlarının işıqlandırılması nəzərdə tutulub. Bülletendə həmçinin "Elektron hökumət" portalında yerləşdirilmiş e-xidmətlərin sayı, ən çox istifadə olunan xidmətlərin sayı, elektron xidmətlərdən istifadə barədə verilən elektron imza sertifikatlarının sayı haqqında statistik məlumatlar verilmişdir.

Dekabr ayı ərzində "Elektron hökumət" portalı vasitəsilə 180-dən artıq elektron xidmətdən 8000 dəfə istifadə olunub.
Bülletenin elektron variantını "www.e-gov.az" portalından əldə etmək olar.

Hazırda mobil e-imza xidmətlərinin yaradılması üzərində işlər davam etdirilir və bülletendə mobil e-imza xidmətlərinin 2013-cü ilin 1-ci rübündə istifadəyə veriləcəyi haqda məlumat verilib
.