Gömrük Komitəsinin sədri: "Azərbaycan "elektron hökumət"in tətbiqinə böyük önəm verir"

2.09.13

Artıq dünyada elə bir vahid dövlətik ki, xüsusi aparatlarla bütün sərhədlər təchiz olunub.Orda elektron variantla da vətəndaşlar müraciət edə bilər. Eyni zamanda daimi işlək saytımızda da hər xarici fəaliyyət iştirakçısı müraciət edərək qabaqcadan yükü barədə məlumat verə bilər.

Bunu Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Astarada jurnalistlərə açıqlamasında bildirib.

"Elektron hökumət”in, ümumiyyətlə informasiya texnologiyalarının tətbiqinin daimi axtarışda və inkişafda olan sahə olduğunu deyən komitə sədri Azərbaycanın da bu sahədən geridə qalmamağa çalışdığını bildirdi.

"Artıq İsveçin ən tanınmış bir şirkəti ilə risklərin idarə olunması elektron variantı üzrə müqaviləmiz var. Biz bu sahədə əməkdaşlığa başlamışıq. Birinci mərhələ artıq başa çatıb, ikinci mərhələyə keçid üzrəyik. Yəni bu sahədə işlər görülür,” - deyə Aydın Əliyev əlavə edib.