Ukrayna və Türkiyə kanalları "Azerspace-1" üzərindən yayımlanmağa başlayıb

19.08.13

Azərbaycanın telekommunikasiya peyki "Azerspace/Africasat-1a" üzərindən yerli və xarici TV və radio kanallarının yayımı genişlənir. Trend-in məlumatına görə, bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaydığı məlumatda bildirilir.

Məlumatda bildirilir ki, son günlərdə Ukraynanın dövlət televiziyası olan "UTR" kanalı və Türkiyənin "VTV Antalya" kanalı "Azerspace/Africasat-1a" peyki üzərindən yayımlanmağa başlayıb.

Hazırda milli peyk vasitəsilə 50-dən artıq kanal yayımlanır və yaxın gələcəkdə yayıma yeni kanalların qoşulacağı gözlənilir.