Rabitə və İnformasiya Texnologi­yaları Nazirliyində yeni qanun layihələri hazırlanıb

29.07.13

Rabitə və İnformasiya Texnologi­yaları Nazirliyində (RİTN) "İnformasiya cəmiyyətinin inkişafı üzrə Milli Strategiya”nın layihəsi ilə yanaşı, iki qanun layihəsi də hazırlanıb. Bunlar "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” və "Dövlət informasiya sistemləri və informasiya ehtiyatları haqqında” qanun layihələridir.

Eyni zamanda RİTN mütəxəssisləri tərəfindən "Azərbaycan Respublikasında ölkə kodlu yüksəksəviyyəli domen adlarının qeydiyyatı və istifadəsi Qaydaları”nın layihəsi də hazırlanıb. Qaydalarda domen adlarının onlayn əldə edilməsi sisteminin tətbiqi nəzərdə tutulub. Domen adlarının onlayn qeydiyyatı sisteminin sentyabr ayında "az.” domeninin 20 illiyi ərəfəsində istifadəyə verilməsi planlaşdırılır.

Qeyd edək ki, sözügedən tədbirlər "Azərbaycan Respublikasında 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı RİTN üzrə təsdiq olunmuş Tədbirlər Planı”na əsasən normativ hüquqi baza və idarəetmənin təkmilləşdirilməsi bölməsi üzrə müvafiq bəndlərin icrası məqsədi ilə hazırlanıb.