Bölgələrdə e-xidmətlərdən istifadə ilə bağlı maarifləndirici təlimlər təşkil olunub

24.07.13

Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi Azəbaycan hökuməti ilə birgə ikitərəfli əməkdaşlıq çərçivəsində yerli özünü idarəetmə dəstək proqramını həyata keçirir. Bu proqramın icrası ilə Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (Deutsche Gesellschaft für İnternationale Zusammenarbeit GmbH) məşqul olur. Pilot layihənin əsasında Quba və Xaçmaz rayonlarının bələdiyyələrə "Elektron Hökumət həlləri – elektron xidmətlərə çıxış” təlimin keçirilməsi planlaşdırılmışdi. "İKT ili” çərçəvəsində Qubanın şəhər bələdiyyəsində Quba və Xaçmazın 10 bələdiyyəsinin nümayəndələri üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri tərəfindən qeyd edilən mövzuda maarifləndirici təlim təşkil edilmişdir.

Məlumat Hesablama Mərkəzinin əməkdaşları prezentasiyalarnı təqdim etmişlər və Elektron Hökumət portalında xidmətlərin istifadəsini və sənədin elektron imza kartı ilə imzalanmasını iştirakçılara praktiki təlimdə göstərmişlər.