"Elektron hökumət həlləri – elektron xidmətlərə çıxış" mövzusunda maarifləndirici təlim keçirilib

16.07.13

Məlumat Hesablama Mərkəzi Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu ilə birlikdə "İnformasiya-kommunikasiya texnologiyaları ili" çərçivəsində qeyri-hökumət təşkilatları üçün "Elektron hökumət həlləri – elektron xidmətlərə çıxış" mövzusunda maarifləndirici təlim keçirib.

Tədbirdə 15 qeyri-hökumət təşkilatının təmsilçiləri iştirak edib. Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri tərəfindən prezentasiyalar təqdim edilmiş və "Elektron hökumət" portalında qeydiyyat, xidmətlərin istifadəsi və sənədin elektron imza kartı ilə imzalanması iştirakçılara praktiki təlimdə göstərilmişdir. Təlimin sonunda Sertifikat Xidmətləri Mərkəzi tərəfindən iştirakçılara pulsuz elektron imza kartları və kart oxuyucuları təqdim edilmişdir.

Təlimdə mütəxəssislər tərəfindən təqdimatlar edilib, eyni zamanda "Elektron hökumət" portalında qeydiyyat, xidmətlərin istifadəsi və sənədin elektron imza kartı ilə imzalanması iştirakçılara praktiki şəkildə göstərilib.

Təlimin sonunda iştirakçılara pulsuz elektron imza kartları və kart oxuyucuları təqdim edilib.