"BakuTel-2012"-də mobil elektron imza xidməti təqdim olunacaq

2.11.12

Cari ilin noyabr ayının 6-dan 9-dək Bakıda keçiriləcək "BakuTel-2012” sərgisində İKT sahəsində bir sıra yeniliklərlə yanaşı, mobil elektron imza xidməti də təqdim olunacaq. Bu barədə bu gün Azərbaycan Mətbuat Şurasında bir sıra KİV rəhbərlərinə e-imza-nın təqdimat mərasimində iştirak edən rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.

Nazirlik rəsmisi, həmçinin bundan sonra qısa müddət ərzində Azərbaycanda mobil elektron imza xidmətlərinin tətbiqinə başlanacağı barədə də məlumat verib.

Qeyd edək ki, mobil elektron imza vasitəsi ilə e-hökumət çərçivəsində təklif edilən elektron xidmətlərdən mobil telefonlar vasitəsi ilə istifadə etmək mümkün olacaq.