Planşet istifadəçiləri üçün "Elektron hökumət" portalının mini versiyası təqdim edilib

27.05.13

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) hər bir azərbaycanlını maraqlandıran istənilən məlumatların "Elektron hökumət” portalından əldə olunması imkanlarının yaradılması üzərə işləri davam etdirir.

Yaxın günlərdə planşet istifadəçiləri üçün nəzərdə tutulmuş "Elektron hökumət" portalının mini versiyası təqdim edilib. Burada (www.e-gov.az/mini/ ) istifadəçilər elektron xidmətlərdən sadə formada yararlanmaqla yanaşı, portalda yerləşdirilən xidmətlər haqqında ən yeni məlumatları daha rahat əldə edə bilərlər.

Yaradılan yeni imkanların əsas məqsədi xidmətlərin göstərilməsi üçün dövlət qulluqçuları və vətəndaşlar arasında olan "məsafəni" maksimum azaltmaq, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır.

Qeyd edək ki, "Elektron hökumət" - dövlət qurumları tərəfindən əhaliyə xidmət göstərilməsinin yeni üsuludur. "E-hökumət" - vətəndaşlara dövlət tərəfindən verilən xidmətlərin elektron mühitdə təqdim edilməsi deməkdir. Burada dövlət xidmətləri vətəndaşa ən asan, ən qısa zaman ərzində çatdırılır.

Qurumlar tərəfindən təqdim olunan xidmətlər tək bir internet saytı üzərindən daxil olmaq imkanı verir.Dövlət idarəçiliyindəmüasir texnologiyaların tətbiqini genişləndirməklə həyata keçirilən fəaliyyətin səviyyəsini yüksəldir və onlardan istifadəimkanlarını sadələşdirir.