"Elektron hökumət" portalına müraciət edənlər hansı mobil qurğulara üstünlük verir?

21.05.13

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) 01/01/ 2013 - 21/05/2013 tarixlərdə "Elektron hökumət" portalına müraciət etmiş istifadəçilərin hansı mobil qurğulardan istifadə etdiklərinin statistikasını təqdim edib.

Qeyd edək ki, sözügedən dövr ərzində portala 202 586 nəfər müraciət edib. Onlardan 191 735 nəfəri portala daxil olmaq üçün portativ kompüter və ya noutbuklardan istifadə ediblər. "Elektron hökumət"ə müraciət etmiş 10 851 nəfər isə mobil qurğulardan istifadə edib. Statistikada həmin 10 851 istifadə olunmuş qurğunun açıqlanması verilir. Nisbət təxminən 20:1-dir.

Qeyd edək ki, Məlumat Hesablama Mərkəzi tərəfindən növbəti dəfə "Elektron hökumət" istifadəçilərinin hansı internet provayderlər vasitəsilə portala daxil olduqlarının statistikası açıqlanacaq.