Məlumat Hesablama Mərkəzi bank sektorunda ilk və hələlik yeganə əməkdaşlığa başlayır

17.05.13

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi "elektron imza” xidmətlərinin göstərilməsi üzrə bank sektorunda ilk və hələlik yeganə əməkdaşlığa qədəm qoyub. 

Məlumat Hesablama Mərkəzi ilə əməkdaşlıq çərçivəsində"Bank of Baku” elektron imza sertifikatlarının verilməsi üzrə xidmətin göstərilməsinə başlayır. Bu əməkdaşlıqdan yararlanlar eyni zamanda bir sıra üstünlüklərə də malik olacaq. Belə ki, bank kreditlərindən istifadə zamanı elektron imza sahibləri 2 %-lik endirim fürsətindən bəhrələnə biləcək.

Qeyd edək ki, elektron imza müasir dövrün tələbləri ilə ayaqlaşmaq istəyənlər üçün effektiv həll hesab edilir və elektron imza - elektron dünyada şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir. Azərbaycan Respublikasının Qanunlarına əsasən, elektron imza ilə imzalanmış elektron sənədlər əl imzası ilə imzalanmış və möhürlənmiş sənədlərə bərabər tutulur. Elektron imzan vaxta qənaət, məxfilik, rahatlıq, bütünlük, tanınma, inkar edilməzlik (məsuliyyətdən yayinmanın mümkünsüzlüyü), işgüzar münasibətlərin və əlaqələrin tamamilə elektron formata keçirilməsi kimi bir sıra üstünlüklərə malikdir.

Daha ətraflı məlumatı bankın 145 telefon məlumat mərkəzindən və www.facebook.com/bankofbaku səhifəsindən əldə edə bilrsiz!