RİTN yeni Dövlət Proqramını Nazirlər Kabinetinə təqdim edib

15.05.13

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Nazirlər Kabinetinə yeni Dövlət Proqramını təqdim edib.

Nazirliyin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsbəndiyar Əliyevin verdiyi məlumata əsasən, artıq "2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və "elektron hökumət”in inkişafına dair Dövlət Proqramı”nın layihəsi Nazirlər Kabinetinə təqdim edilib.

"Bu proqramda dövlət elektron xidmətlərinin mobil versiyalarının hazırlanması və təqdim edilməsi, dövlət orqanları tərəfindən daha çox interaktiv xidmətlərin göstərilməsi, "ASAN xidmət” mərkəzlərinin vətəndaşları ən çox maraqlandıran xidmətlər siyahısını təqdim etməsi və bu siyahıya uyğun olaraq interaktiv xidmətlərin hazırlanması məsələləri öz əksini tapıb”,- deyə İ. Əliyev bildirib.