MHM aprel ayında ən çox istifadə olunan elektron xidmətlərin növbəti siyahısını təqdim edib

6.05.13

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RITN) Məlumat Hesablama Mərkəzi (MHM) 01.04.2013 - 30.04.2013-cü il dövrü ərzində "Elektron hökumət" portalı vasitəsilə ən çox istifadə olunan elektron xidmətlərin növbəti siyahısını təqdim edib.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təqdim olunan "Telefon nömrəsi üzrə axtarış” xidməti aprel ayında istifadəçilərin daha çox müraciət etdiyi əsas xidmətlərdəndir. Bu xidmətlə bağlı sayta 21143 giriş olub.

Daha 7 elekton xidmətin daxil olduğu siyahıda Dövlət Sosial Müdafiə Fondunun 4 xidmətinin- "Pensiyaçı tərəfindən məlumatların əldə edilməsi" (6134), "Məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatın əldə edilməsi” (6026), "Pensiyaçı tərəfindən məlumatların əldə edilməsi” (2265), "Pensiya kalkulyatoru" (1956), Ədliyyə Nazirliyinin "Azərbaycan adları barədə məlumatın verilməsi" (1341), Daxili İşlər Nazirliyinin "PİN-ə görə fərdi məlumatların axtarışı" (1019) və "Yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimələr və cərimə balları barədə məlumatlar” (672), Təhsil Nazirliyinin "Diplomlar haqqında məlumatlar" (649) elektron xidmətlərin adları var.