Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yeni elektron xidmətlərini təqdim etməkdə davam edir

24.04.13

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən yeniliklər davam etməkdədir. Daha bir xidmət vətəndaşların istifadəsinə təqdim olundu. "Radiorabitə vasitələrinin qeydiyyatı üçün e-müraciətin və sənədlərin göndərilməsi” adlanan bu xidmət vasitəsilə vətəndaşlar RİTN-nin Dövlət Radiotezliklər İdarəsi tərəfindən təqdim olunan ərizə formasını doldurmaqla öz müraciətlərini göndərmək imkanına malik olurlar. 

Tələb olunan məlumatlar içərisində REV-lərin siyahısı, tipi, markası, sayı, rəhbər şəxsin adı və soyadı, vəzifəsi, müraciət edən təşkilatın tam adı, elektron poçt ünvanı və s. qeyd etmək olar. Eyni zamanda müraciət edən şəxslərdən uyğunluq sertifikatı və xüsusi icazə ilə bağlı faylların da yüklənilməsi tələb olunur.