Azərbaycanda 2016-cı ilə qədər "Elektron hökumət"in inkişafı üzrə yeni proqram hazırlanır

17.04.13

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "2013-2015-ci illərdə "Elektron hökumət"in inkişafı Dövlət Proqramı" layihəsini hazırlayır. 

Təxminən ayın sonuna qədər layihə Prezident Administrasiyasına təqdim olunacaq. Bu proqram "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı"nın davamıdır.

Yeni proqram respublikada "Elektron hökumət"in formalaşdırılması və bunun üçün dövlət orqanlarında müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi yolu ilə idarəetmənin metod və mexanizmlərinin təkmilləşdirilməsi, elektron xidmətlərin göstərilməsi, həmçinin əhali və təşkilatların bu xidmətlərə asan və sərbəst çıxışı üçün kompleks tədbirlərin görülməsini nəzərdə tutur.