"Elektron hökumət" portalına daxil olmaq üçün təqdim olunan sadələşdirilmiş kod-parolların sayı 10000-ə çatdı

8.04.13

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən "Elektron hökumət" portalına daxil olmaq üçün təqdimolunan sadələşdirilmiş kod-parolların sayı 10000-ə çatdı.

Bu daxilolma vasitəsindən istifadə olunmasına 2012-ci ilin oktyabr ayından başlanılıb: "Təkcə son iki ayda (31.03.13 tarixə) qeydiyyatdan keçən vətəndaşlarımızın sayı 5547 olub. Bu isə son aylarda müşahidə olunan dinamik artımı göstərir".

Qeyd edək ki, "Elektron hökumət" portalına sadələşdirilmiş daxilolma vasitəsi olan kod-parolu almaq üçün elektron qeydiyyatdan keçə bilməyən vətəndaşlarımız respublikamızın rayon mərkəzlərində və Bakıda bütün poçt şöbələrində müvafiq pin zərfləri almaqla kod-parolu əldə edə bilərlər.

Poçt şöbələrindən pin zərfləri əldə etmək üçün çox sadə bir identifikasiya proseduru tələb olunur və xidmət ödənişsizdir.