Azərbaycanda yaxın zamanda mobil imzanın autentifikasiyası sertifikatlarının daşıyıcısı olan micro-SD kartlar təqdim ediləcək

3.04.13

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) yaxın zamanda smartfon və planşet istifadəçiləri üçün mobil imzanın autentifikasiyası sertifikatlarının daşıyıcısı olan micro-SD kartlar təqdim edəcək.

Hazırda mobil elektron imzanın autentifikasiyası üçün nəzərdə tutulmuş sertifikatlar xüsusi sertifikasiya mərkəzində planşet, tablet və smartfon istifadəçilərinin qurğularına yüklənir.

Bu sertifikat bank əməliyyatlarını və bir sıra digər əməliyyatları həyata keçirmək üçün kifayət edir, lakin istifadəçinin kimliyini təsdiq edən şəxsi PİN-kodun daxil edilməsini tələb edən, rəsmi sənədlərin imzalanmasına imkan vermir. Yaxın 1-2 aya biz istifadəçilərə micro-SD kartlarda təqdim ediləcək, hazırda yerli bazarın müvafiq kartlarla təchiz edilməsi üçün beynəlxalq bazarın monitorinqini aparılır. Gələcəkdə isə, mobil rabitə operatorlarının mobil imza sertifikatlarının identifikasiyasına hazır olduqdan sonra, elektron imza xüsusi SİM-kartlara yazılaraq istifadəçilərə təqdim ediləcək. Micro-SD kartlar və mobil imzalı SİM-kartlar vasitəsi ilə istifadəçilər artıq rəsmi sənədləri də imzalaya biləcəklər.