2013-cü ilin "İKT ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiqlənib

1.04.13

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında 2013-cü ilin "İnformasiya-kommunikasiya Texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq olunması haqqında sərəncam imzalayıb.

Tədbirlər Planının icrasının təşkilində əlaqələndirici orqan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi müəyyən edilib.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Naxçıvan Muxtar Respublikasının ərazisində informasiya-kommunikasiya texnologiyalarının inkişafı və ondan istifadə, elektron hökumətin formalaşdırılması üzrə tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.

Sərəncamdan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə həvalə edilib.

Azərbaycan Respublikasında 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı

Tədbirin adı

İcraçılar

İcra müddəti

 

Təşkilati tədbirlər

1.

Azərbaycan Respublikasında 2013-cü ilin informasiya-kommunikasiya texnologiyaları (bundan sonra - İKT) ili elan edilməsi ilə bağlı saytın yaradılması və fəa­liy­yətinin təmin edilməsi

Rabitə və İnformasiya Texnologi­yaları Nazirliyi

mart-aprel

2.

Şəhər və rayon­lar­da ictimai yerlərdə İKT ili ilə əlaqədar təşviqat xarak­terli məlumatların yerləşdirilməsi, gö­rülən işlər haqqında məlumatların kütləvi informasiya vasitələrində mütəmadi işıqlandırılması

Rabitə və İnformasiya Texnologi­yaları Nazirliyi, yerli icra haki­miyyəti orqanları, "Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc), "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Şurasını cəlb etməklə

il ərzində

3.

"İnformasiya təh­lükəsizliyi problemləri üzrə I respubli­ka elmi-praktiki konfransı” mövzusunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş konfransın keçirilməsi

Rabitə və İnformasiya Texnologi­yaları Nazirliyi,

Xü­su­si Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası

may

4.

"İKT ili”nin yekununa həsr olunmuş təntənəli tədbirin keçirilməsi

Rabitə və İnformasiya Texnologi­yaları Nazirliyi

dekabr

 

Normativ hüquqi baza və idarəetmənin təkmilləşdirilməsi

5.

Sahə üzrə normativ hü­qu­qi bazanın təkmilləşdirilməsi ilə bağlı tədbirlərin görülməsi

Rabitə və İnformasiya Texnologi­yaları Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Ədliyyə Nazirliyi

il ərzində

6.

Beynəlxalq standartlar əsasında sahə üzrə standartların hazırlanması

Ra­bitə və İnformasiya Texnologiya­ları Nazirliyi,Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi

il ərzində

7.

İKT-nin inkişafı üzrə strategiyanın hazırlanması

Rabitə və İnformasiya Texnologi­yaları Nazirliyi

il ərzində

8.

.az domenindən istifadənin geniş­ləndirilməsi, qeydiyyat prosesinin tək­milləşdirilməsi üçün tədbirlərin görül­məsi

Rabitə və İnformasiya Texnologi­yaları Nazirliyi, Ədliyyə Nazirliyi

il ərzində

9.

Rabitə və internet xidmətləri tariflərinin həmin xidmətlərin maya də­yə­rinə uyğunlaşdırılması üzrə tədbirlə­rin görülməsi

Rabitə və İnformasiya Texnologi­yaları Nazirliyi, Tarif (qiymət) Şurası

il ərzində

 

İKT potensialının gücləndirilməsi

10.

İnformasiya Texnologiyalarının İnki­şa­fı Dövlət Fondunun fəaliyyə­ti­nin təş­ki­li

Rabitə və İnformasiya Texnologi­yaları Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi

il ərzində

11.

"Yüksək Texnologiyalar Parkı”nın fəa­liyyətinin təşkili

Rabitə və İnformasiya Texnologi­yaları Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi

il ərzində

12.

Elektron Təhlükəsizlik Mərkəzinin fəa­liy­yətinin təşkili

Rabitə və İnformasiya

Tex­no­lo­gi­yaları Nazirliyi

il ərzində

13.

İnformasiya Texnologiyaları Univer­si­te­tinin fəaliyyətinin təşkili

Rabitə və İnformasiya

Tex­no­lo­gi­yaları Nazirliyi, Təhsil Nazirliyi

il ərzində

14.

"Elektron hökumət”in formalaşdırılması üzrə tədbirlərin davam etdirilməsi, elektron xidmətlərdən istifadənin

kütlə­vi­li­yi­nin artırılması üzrə fəaliyyətin geniş­lən­di­ril­məsi

Rabitə və İnformasiya

Tex­no­lo­gi­yaları Nazirliyi, Azərbaycan Res­publikasının Prezidenti yanında

Vətən­daş­la­ra Xidmət və Sosial İn­no­va­siyalar üzrə Dövlət Agentliyi

il ərzində

15.

elektron səhiyyə, elektron təhsil, elektron satınalma, elektron

tu­rizm, elektron notariat, elektron mədəniyyət, elektron arxiv, elektron məhkəmə, elektron ticarət, elektron ödəmə həllərinin tətbiqinin genişləndirilməsi

Azərbaycan Respublikasının Prezidenti yanında

Vətən­daş­la­ra Xidmət və Sosial İn­no­va­siyalar üzrə Dövlət Agentliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Milli Arxiv İdarəsi, Satınalmalar üzrə Dövlət Agentliyi, Rabitə və İnformasiya

Tex­no­lo­gi­yaları Nazirliyi

il ərzində

16.

"ASAN xidmət” mərkəzlərində gös­tə­rilən xidmətlərin elektronlaşdırılması üzrə tədbirlərin görülməsi

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

il ərzində

17.

Seçki prosesində İKT-nin tətbiqinin genişləndirilməsi

Mərkəzi Seçki Komissiyası, Xü­su­si Dövlət Mühafizə Xidməti, Ra­bitə və İnformasiya Tex­no­lo­gi­yaları Nazirliyi

il ərzində

18.

Regionlarda geniş­zo­laq­lı internet xidmətlərindən istifa­dənin

ge­niş­ləndirilməsi üzrə tədbirlər gö­rül­mə­si, pilot layihənin həyata ke­çi­ril­məsi

Rabitə və İnformasiya

Tex­no­lo­gi­yaları Nazirliyi, yerli icra hakimiyyəti orqanları

il ərzində

19.

İnternetin keyfiyyətinin artırılması, istifadəçilərin hüquqlarının qorunması üzrə tədbirlərin görülməsi

Rabitə və İnformasiya

Tex­no­lo­gi­yaları Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi

il ərzində

20.

Azərbaycan Respublikasının ərazisində rəqəmli televiziya yayımına keçidin təmin olunması

Rabitə və İnformasiya

Tex­no­lo­gi­yaları Nazirliyi, Milli Televiziya və Radio Şurası

il ərzində

21.

Mobil nömrə daşınması, mobil

ci­haz­ların qeydiyyatı sistem­lə­ri­nin tətbiqi

Rabitə və İnformasiya

Tex­no­lo­gi­yaları Nazirliyi

il ərzində

22.

Azərbaycana dair kontentin və Wikipedia kimi qlobal informasiya resurslarında Azərbaycan Respublikası ilə əlaqədar məlumatların inkişaf etdirilməsi üzrə tədbirlərin görülməsi

Azərbaycan Milli Elmlər

Aka­de­miyası, Təhsil

Na­zir­liyi, Rabitə və İnformasiya Tex­­no­lo­gi­yaları Nazirliyi qeyri-hökumət təşkilatlarını cəlb etməklə

il ərzində

23.

İKT-nin tətbiqi ilə əlaqədar

elmi-tədqiqat işlərinin aparılmasına dəs­tə­yin göstərilməsi

Azərbaycan Milli Elmlər

Aka­de­miyası, Rabitə və İnformasiya Tex­no­lo­gi­yaları Nazirliyi

il ərzində

24.

AzScienceNet Elm kompyuter şəbə­kəsinin ölkə üzrə infrastrukturunun inkişaf etdirilməsi

Azərbaycan Milli Elmlər

Aka­de­miyası

il ərzində

25.

Ölkə üzrə elmi qurumların və ali təhsil müəssisələrinin beynəlxalq elmi ba­za­lara (ACM, IEEE, Springer, Elsevier və s.) çıxış imkanının yaradılması üçün tədbirlərin görülməsi

Azərbaycan Milli Elmlər

Aka­de­miyası, Təhsil Nazirliyi, Rabitə və İnformasiya Tex­no­lo­gi­yaları Nazirliyi

il ərzində

26.

Azərbaycan Respublikasının İKT sahəsində kadr potensialı barədə məlumat sisteminin işlənməsi

Azərbaycan Milli Elmlər

Aka­de­miyası, Rabitə və İnformasiya Tex­no­lo­gi­yaları Nazirliyi

 

il ərzində

 

İnformasiya cəmiyyəti və insan potensialının inkişafı

27.

Əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların İKT-dən is­ti­fadə imkanlarının artırılması üzrə işlərin həyata keçirilməsi

Rabitə və İnformasiya

Tex­no­lo­gi­yaları Nazirliyi Heydər Əliyev Fondunu cəlb etməklə

il ərzində

28.

Regionlarda "elektron hökumət” imkanlarından istifadəsinin təmin olunması məqsədilə ictimai informasiya kioskları şəbəkəsinin genişləndirilməsi

 

Rabitə və İnformasiya

Tex­no­lo­gi­yaları Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, yerli icra hakimiyyəti orqanları

il ərzində

29.

İKT-nin inkişafına yönəlmiş əhəmiyyətli layihə­lərin dəstəklənməsi

Elmin İnkişaf Fondu, Rabitə və İnformasiya

Tex­no­lo­gi­yaları Nazirliyi

il ərzində

30.

Azərbaycan hə­qi­qət­lərini virtual məkanda əks etdirən informasiya resurslarının yaradılması, təbliği və yayılması üzrə tədbirlərin görülməsi

Rabitə və İn­for­masiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Aka­de­miyası Heydər Əliyev Fondu və digər

qeyri-hökumət təşkilatlarını cəlb etməklə

il ərzində

31.

Xaricdə yaşayan azərbaycanlılara in­formasiya dəstəyi üzrə tədbirlərin görülməsi, birgə onlayn forumun keçirilməsi

Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komi­təsi, Rabitə və İnformasiya Tex­no­lo­gi­yaları Nazirliyi, Azər­baycan Milli Elmlər Aka­demiyası Heydər Əliyev Fondunu cəlb etməklə

il ərzində

32.

Virtual məkanda əqli mülkiyyət hüquqlarının qorunması ilə bağlı tədbirlərin görülməsi

Müəllif Hüquqları Agentliyi

il ərzində

33.

Distant təhsilin inkişaf etdirilməsi üzrə tədbirlərin görülməsi

Təhsil Nazirliyi, Azərbaycan Milli Elm­lər Akademiyası

il ərzində

34.

İctimai yerlərdə ödənişsiz WiFi zonalarının yaradılması ilə bağlı tədbirlərin görülməsi

İqtisadi İnkişaf Nazirliyi, Mədə­niy­yət və Turizm Nazirliyi

il ərzində

35.

Onlayn medianın inkişafı üzrə tədbirlərin görülməsi

Rabitə və İnformasiya

Tex­no­lo­gi­yaları Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Aka­de­miyası

qeyri-hökumət təşkilatlarını cəlb etməklə

il ərzində

36.

İKT üzrə statistikanın bey­nəl­xalq təcrübəyə uyğun

tək­mil­ləş­di­ril­məsi

Dövlət Statistika Komitəsi, Ra­bi­tə və İnformasiya Tex­no­lo­gi­yaları Nazirliyi

qeyri-hökumət təşkilatlarını cəlb etməklə

il ərzində

37.

Uşaqlar üçün "Təhlükəsiz internet” üzrə təd­bir­lə­rin görülməsi

Təhsil Nazirliyi, Rabitə və İn­for­masiya Tex­no­lo­gi­yaları Nazirliyi, Azər­bay­can Milli Elmlər Aka­de­miyası Heydər Əliyev Fondu və digər

qeyri-hökumət təşkilatlarını cəlb etməklə

il ərzində

38.

Regionlarda İKT üzrə bilik və ba­ca­rıq­ların artırılması məqsədi ilə əhalinin müxtəlif qrup­ları üçün təlim kurslarının, seminarların keçirilməsi

Rabitə və İnformasiya Tex­no­lo­gi­yaları Nazirliyi, Təhsil Nazirliyi, Azər­bay­can Milli Elmlər Aka­de­miyası Heydər Əliyev Fondu və digər

qeyri-hökumət təşkilatlarını cəlb etməklə

il ərzində

39.

Əhəmiyyətli mövzular üzrə onlayn tədbirlərin keçirilməsi

Rabitə və İnformasiya Tex­no­lo­gi­yaları Nazirliyi, Təhsil Nazirliyi Heydər Əliyev Fondu və digər

qeyri-hökumət təşkilatlarını cəlb etməklə

il ərzində

40.

"Mənim Azərbaycanım” internet foto müsabiqənin keçirilməsi

Rabitə və İnformasiya Texnologi­yaları Nazirliyi, Gənclər və İd­man Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi Heydər Əliyev Fondu və digər

qeyri-hökumət təşkilatlarını cəlb etməklə

il ərzində

41.

İKT üzrə müsabiqə, vik­to­rina, olimpiadaların, həmçinin onlayn keçirilməsi

Rabitə və İnformasiya Texnologi­yaları Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Aka­de­miyası

il ərzində

42.

İKT üzrə bey­nəl­xalq və ümumrespublika kon­frans­larının, forumların, semi­nar­ların, dəyirmi masaların, sərgilərin keçirilməsi

Rabitə və İnformasiya Texnologi­yaları Nazirliyi, Təhsil Nazirliyi, Azərbay­can Milli Elmlər Akademiyası, Dövlət Gömrük Komitəsi, Müəl­lif Hüquqları Agentliyi

il ərzində

43.

İKT üzrə kadr hazır­lığı səviyyəsinin artırılması üzrə təkliflərin hazırlanması, təhsil müəssisələrində İKT-nin tətbiqinin genişləndirilməsi

Təhsil Nazir­liyi, Rabitə və İnfor­masiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akade­miyası

il ərzində

44.

İKT ixtisaslarının təbliği üzrə maarifləndirmə işlərinin aparılması, tələbə və şagirdlərin İKT obyektlərinə ekskursiyalarının təşkili

Təhsil Nazirliyi, Rabitə və İnfor­masiya Texnologiyaları Nazirliyi

il ərzində

45.

"Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin fəaliyyətinin təşkili

Gənclər və İdman Nazirliyi, Ra­bi­tə və İnformasiya Texnologi­yaları Nazirliyi

 

il ərzində

46.

"Onlayn fikir bankı”nın yaradılması

 

Rabitə və İnformasiya Texnologi­yaları Nazirliyi, Gənclər və İd­man Nazirliyi, Azərbaycan Milli Elmlər

Aka­de­miyası

il ərzində

47.

İKT sahəsinin inkişafına həsr olun­muş məqalələrin, kitab­çaların və digər çap məhsullarının hazırlanması

Azərbaycan Milli Elmlər

Aka­de­miyası, Rabitə və İnforma­siya Texnologiyaları Nazirliyi

il ərzində

48.

Kitabxanalarda İKT-dən istifadənin ge­niş­ləndirilməsi

Mədəniyyət və Turizm Nazirliyi

il ərzində

49.

Cəmiyyətin İKT-yə tələbatının öyrənilmə­si, İKT-nin kütləviləşdiril­məsi üzrə tədbirlərin keçirilməsi

Rabitə və İnformasiya Texnologi­yaları Nazirliyi, Təhsil Nazirliyi

qeyri-hökumət təşkilatlarını cəlb etməklə

il ərzində

50.

Azərbaycan Respublikasının

dip­lo­matik nümayəndəliklərinin İKT-nin Azərbaycan Respublikasında inkişafı üzrə təş­vi­qat ma­terialları, məlumatlarla təminatının təşkili

Xarici İşlər Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Na­zirliyi

il ərzində

51.

Xarici dövlətlərin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik

nümayəndə­liklərinin ölkədə İKT-nin inkişafı barədə məlumatlandırılması

Xarici İşlər Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Na­zir­liyi

mütəmadi

52.

Elektron mənzil növbəsi və bölgüsünün tətbiqi ilə bağlı tədbirlərin görülməsi

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yerli icra hakimiyyəti orqanları

mütəmadi