Azərbaycanda artıq elektron imzanı "ASAN xidmət" mərkəzindən almaq mümkündür

28.03.13

Elektron xidmətlərin genişləndirilməsi istiqamətində işlər görən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən hazırlanan "elektron imza" kartını əldə etmək üçün yaşayış yerindən asılı olmayaraq artıq hər bir vətəndaş 1 saylı Bakı "ASAN xidmət” mərkəzinə də müraciət edə bilər. Xidməti mərkəzdə fəaliyyət göstərən "Azərpoçt”un nümayəndələri göstərir .

Elektron imzanın sertifikatı qeydiyyat mərkəzinə ərizə daxil olduqdan dərhal sonra hazırlanır. Bu barədə elektron imzanın sahibi elektron ünvanı vasitəsilə məlumatlandırılır.


Elektron imza xidmətləri üçün tariflər aşağıdakı kimidir:

İmzanın istifadə müddəti

Əhali üçün elektron imzanın qiyməti

Dövlət strukturları üçün elektron imzanın qiyməti

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər üçün elektron imzanın qiyməti

1 il

14 manat

80 manat

60 manat

2 iı

22 manat

114 manat

3 il

30 manat

168 manat

Qiymətlərə ƏDV daxildir

 

Elektron imza kartını Azərbaycanın bütün ərazisində, o cümlədən Naxçıvan Muxtar Respublikasında əldə etmək olar.

Daha ətraflı məlumatı e-imza.az elektron ünvanı üzrə əldə etmək mümkündür.