Məlumat Hesablama Mərkəzi dövlət orqanlarına verilən elektron imzaların qiymətini aşağı salıb

16.03.13

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) dövlət orqanlarına verilən rəqəmsal imzaların qiymətini aşağı salıb.

Dövlət orqanları arasında elektron imzalara artan marağı nəzərə alaraq onun qiyməti 135 AZN-dən, 80 AZN-dək aşağı salınıb. Dövlət idarələrinin əməkdaşları üçün rəqəmsal imzanın istifadə müddəti üç il təşkil edir.

Milli mərkəz tərəfindən elektron rəqəmsal imzalar üçün verilən sertifakatların sayı 10 mini keçib. Təkcə ötən həftə verilən imzaların həcmi 9,5 faiz artıb.

Elektron-rəqəmsal imza ilə bağlı tariflər:

İmzanın istifadə dövrü

Əhali üçün elektron-rəqəmsal imzanın qiyməti

Dövlət strukturları üçün elektron-rəqəmsal imzanın qiyməti

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər üçün elektron-rəqəmsal imzanın qiyməti

1 il

14 manat

80 manat

60 manat

2 il

22 manat

114 manat

3 il

30 manat

168 manat

Qiymətlər ƏDV nəzərə alınmaqla qeyd edilib

Rəqəmsal imzanı Azərbaycanın bütün ərazisində, o cümlədən Naxçıvan Muxtar Respublikasında əldə etmək olar. İmzanın alınması haqqında ətraflı məlumatı e-imza.az elektron ünvan vasitəsilə öyrənmək olar.