Məlumat Hesablama Mərkəzi növbəti dəfə "İSO 9001:2008" beynəlxalq uyğunluq sertifikatını əldə edib

18.03.13

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzi (MHM) keyfiyyət menecment sistemi üzrə ISO 9001:2008 beynəlxalq standartın tələblərinə uyğun növbəti resertifikasiya auditindən uğurla keçib.


Aşağıda qeyd olunan fəaliyyət sahələri "İSO 9001:2008" beynəlxalq standartın tələbləri əsasında yoxlanılıb və sertifikatlaşdırılıb:

  • Telekommunikasiya xidmətləri və internet;
  • Proqram təminatı və VEB saytların, korporativ və regional şəbəkələrin yaradılması və saxlanılması;
  • Sistem inteqrasiyası və layihələşdirmə.

Müəssisənin rəqabət qabiliyyəti və onun bazarda mövqeyi birbaşa məhsul və xidmətin keyfiyyətindən, həmçinin biznes proseslərinin stabilliyindən asılıdır. Məlumat Hesablama Mərkəzinin sertifikatlaşdırılması Böyük Britaniyanın "UKAS" akkreditasiya mərkəzində akkretidə olunmuş İsveçrənin "SGS" şirkəti tərəfindən həyata keçirilib.

Xatırladaq ki, MHM ilk "İSO" beynəlxalq standartlara uyğunluq sertifikatını 2007-ci ildə əldə edib.