"Elektron Hökumət" Portalının rəsmi "Facebook" səhifəsində istifadəçilərin sayı 20000-i keçib

18.03.13

Ölkəmizdə "Elektron Hökumət"in formalaşması istiqamətində görülən və nəzərdə tutulan işlər, layihələr haqda vətəndaşlarımızı maarifləndirmək, dövlət strukturlarının göstərdiyi elektron xidmətlərin hər bir vətəndaş üçün açıq olaraq portalda yerləşdirilməsini işqlandırmaq, eyni zamanda ölkəmizdə informasiya cəmiyyəti quruculuğunda aparılan işləri təhlil və müzakirə etmək, istifadəçiləri keyfiyyətli elektron xidmətlərlə təmin etmək məqsədi ilə 2012- ci ilin oktyabr ayında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən "Elektron Hökumət" Portalının "Facebook" sosial şəbəkəsində rəsmi səhifəsi (www.facebook.com/egov.az) yaradılıb.

Qisa vaxt müddətində istifadəçilərimizin sayı artıq 20000-i keçib və burada verilən məlumatlar fəal müzakirələrə yol açır. "Elektron Hökumət" Portalı üzərindən e-xidmətlərdən faydalanmaq istəyən istifadəçilər "Facebook" səhifəsinə daxil olaraq öz fikirlərini bildirir və paylaşırlar: "Elektron gələcəyimiz və informasiya cəmiyyəti quruculuğu istiqamətində onların düşüncələri bizim üçün önəmli olduğundan, sayta, eyni zamanda, (www.facebook.com/egov.az) səhifəsinə ünvanlandırdıqları suallar sosial tələb olaraq qəbul edilir, operativ şəkildə cavablandırılır, irəli sürdükləri təklif və rəylər mütəmadi olaraq nəzərə alınır".

Hədəf "Facebook" istifadəçilərimizin sayının bir milyonu ötməsi, eyni zamanda, maksimum olaraq səhifəmizlə tanışlığı və "Elektron Hökumət"lə bağlı proseslərdə fəallığını artırmaqdır".