"Elektron hökumət" bülleteninin üçüncü sayı işıq üzü görüb

7.03.13

Rabitə və İnformasiya Texnologiyaları Nazırliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən hazırlanmış "Elektron Hökumət” bülleteninin üçüncü sayı işıq üzü görüb.

Bu sayda ilk olaraq "Elektron hökumәt” portalı haqqında Əsasnamә”nin tәsdiq edilmәsi vә elektron xidmәtlәrin genişlәndirilmәsi ilә bağlı tәdbirlәr barәdә Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2013-cü il tarixli 813 nömrəli Fərmanı və əsasnamәnin mətni çap edilib.

Bülletendə həmçinin dövlət qurumlarının və sahibkarlıq subyektlәrinin elektron imza sertifikatlarının alınmasında yarana bilәcәk vaxt itkisinin qarşısını almaq məqsədilə yeni yaradılan "E-ərizə” xidməti, bəzi qurumların "Elektron hökumət” portalında yerləşdirilən yeni elektron xidmətləri, o cümlədən Portaldakı e-xidmətlər haqqında statistik məlumatlar əks olunub.

Bülletenin elektron variantı ilə buradan tanış olmaq mümkündür.