Elektron Təhlükəsizlik Mərkəzi haqqında Əsasnamə təsdiq edilib

6.03.13

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.Sənədə əsasən, "Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi haqqında Əsasnamə” təsdiq edilib.

Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.