• "Azərpoçt"dan yenilik!

    Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən poçt şöbələrinin ünvanlarının axtarışını asanlaşdıran mobil tətbiq istifadəyə verilib. Nazirliyin Məlumat Hesablama Mərkəzi tərəfindən hazırlanan "Poçt Ünvanları" adlı mobil tətbiq artıq iOS və Android əməliyyat sistemində işləyən qurğular üçün aktivləşdirilib. Tətbiq "Azərpoçt" MMC-nin 1600-dən çox poçt şöbəsinin ünvanları barədə məlumatların xəritə üzərində bir neçə saniyədə axtarışını mümkün edir...

  • Pensiyanızın məbləğini "Elektron hökumət" portalı vasitəsilə hesablayın

    Hər birimiz çalışırıq ki, iş fəaliyyətimizi həm gündəlik təlabatlarımız, həm də gələcək təminatımız üzərində quraq. Buna görə də, gələcəkdə əldə edəcəyimiz pensiya məbləği daim diqqət mərkəzimizdədir. Pensiya məbləğini "Elektron hökumət" portalı www.e-gov.az vasitəsilə öyrənmək üçün sadəcə bir neçə saniyə lazımdır. Portal vasitəsilə istifadəçi sadəcə kompüter və internetin olduğu istənilən məkandan 45 qurumun elektron xidmətlərinə keçid edə bilir....

  • "Biometrik texnologiyaların yaradılması və həmin texnologiyalara xidmət göstərilməsi" lisenziyasına müraciətin "Elektron hökumət" portalı üzərindən sadə yolu

    Müasir dünyada biometrik texnologiyalar müxtəlif xidmət növlərinin təqdimatında şəffaflığı, təhlükəsizliyi, dəqiqliyi, eləcə də rahatlığı təmin edir. Biometrik texnologiyalar qlobal dünyada müxtəlif obyektlərə təhlükəsiz girişi təmin etməklə yanaşı, maşınlarda bluetooth və əyləncə sistemlərindən istifadə zamanı, elektron ödənişlərin icrası zamanı, qan banklarında donorun rəsmiləşdirilməsi zamanı və s. sahələrdə tətbiq olunur....

  • "Elektron hökumət" portalında ən çox istifadə olunan elektron xidmət

    Fevral ayı ərzində əhalinin ən çox istifadə etdiyi elektron xidmət məlum olub. Rabitə və Yüksək Texnologiyalar Nazirliyininin Məlumat Hesablama Mərkəzinin operatoru olduğu "Elektron hökumət" portalı (www-e-gov.az) üzərindən təqdim edilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" xidməti ən çox istifadə olunan elektron xidmətlər üzrə ilk yerdə qərarlaşıb....

  • AzDataCom Novruz bayramı ilə əlaqədar güzəştli kampaniyalara başladı

    1 mart tarixindən etibarən AzDataCom xüsusi kampaniyaya başlayır. Belə ki, bu kampaniya müddətində AzDataCom internet xidmətinə müraciət edən vətəndaşlar internetə ödənişsiz qoşulacaqlar. Həmçinin, mart ayı ərzində AzDataComun istifadəçisi olacaq vətəndaşlar növbəti ay yəni aprel ayı ərzində internet haqqı ödəmədən internetdən istifadə edəcəklər. Kampaniya 31 mart tarixinə qədər yəni bir ay davam edəcək....

  • Sınaq imtahanına "Elektron hökumət" portalı üzərindən yazılmaq mümkündür

    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən bakalavriat səviyyəsinə qəbul olmaq istəyən abituriyentlər üçün keçiriləcək ilk sınaq imtahanına yazılışa start verilib. Ali təhsil müəssisələrinə daxil olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə aprelin 3-də cari il üçün ilk sınaq imtahanı keçiriləcək. İmtahan Respublikanın 29 şəhər və rayonunda olmaqla, 61 imtahan mərkəzində təşkil olunacaq. Aprel ayının 3-də keçiriləcək sınaq imtahanlarına qeydiyyat fevralın 24-dən etibarən aparılacaq....

  • Ünvanlı dövlət sosial yardımın təyin olunma mexanizmi elektronlaşdırılaraq "Elektron Hökumət" portalına inteqrasiya olundu

    Artıq ünvanlı dövlət sosial yardımı üçün müraciət və yardımın təyin olunması prosesi "Elektron Hökumət" portalı üzərindən daha sadə və çevik olacaq. Vətəndaşın orta aylıq gəliri, xərcləri, ümumi maddi-məişət şəraiti onun müraciətindən əvvəlki son 12 (on iki) ay üzrə 22-dən artıq dövlət qurumunun informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla ətraflı qiymətləndiriləcək....

  • Kapital Bank kredit rəsmiləşdirmələrini sadələşdirir

    Artıq Kapital Bank müştəriləri də "Elektron hökumət" portalı (https://www.e-gov.az) vasitəsilə təqdim olunan "Elektron arayış"-lardan istifadə edərək bank xidmətlərinə müraciət edə biləcək. Elektron arayış müxtəlif dövlət orqanlarının elektron informasiya ehtiyatları əsasında hazırlanmış elektron sənəddir. "Elektron arayış"-lar bank xidmətlərindən istifadə zamanı vaxt itkisinin qarşısını almaqla vətəndaşın rahatlığını təmin edir. Xidmətin digər üstünlüyü vətəndaşın işlədiyi müəssisədən arayış alma zəruriyyətinin aradan qaldırılmasıdır....

  • Elektron imza sertifikatlarının dekabr, yanvar ayları üzrə statistik göstəriciləri

    Elektron imza kartlarından istifadə edənlərin sayı artmaqdadır. Belə ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən ötən ilin dekabr ayı üçün dövlət qurumları üzrə 664, fiziki şəxslər üzrə 134, hüquqi şəxslər üzrə isə 248 elektron imza sertifikatı istifadəyə verilmişdir....