• Ən çox istifadə olunan elektron xidmətlərin statistikası açıqlandı

    Ölkə əhalisinin elektron xidmətlərdən istifadəsi genişlənir. "Elektron hökumət" portalına müraciət edən istifadəçilərin sayının hər ötən gün artması bunu deməyə əsas verir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzi "Elektron hökumət" portalında təqdim olunan elektron xidmətlərdən istifadə üzrə növbəti statistikanı açıqlayıb....

  • Məlumat Hesablama Mərkəzinin komandası atletika üzrə yarışın qalibi oldu

    Məlum olduğu kimi, sentyabrın 24-dən etibarən Azərbaycan Respublikasında rabitə və yüksək texnologiyalar sahəsi işçilərinin peşə bayramının və ölkəmizdə telefon rabitəsinin yaradılmasının 135 illiyi ilə əlaqədar "Sağlamlıq – 2016" rabitə işçilərinin Respublika Spartakiadasına start verilib....

  • "BakuTel-2016" beynəlxalq informasiya-texnologiyaları sərgi-konfransının keçirilmə vaxtı barədə

    Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə keçirilən "BakuTel-2016" beynəlxalq informasiya-texnologiyaları sərgi-konfransı çərçivəsində sektor üzrə ən son yeniliklər təqdim olunacaq. Açılış mərasimi 29 noyabr tarixində Bakı Ekspo Mərkəzində reallaşacaq sərgi öz işini dekabr ayının 2-dək davam etdirəcək. Artıq Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən sərgi-konfransın Tədbirlər Planı təsdiq olunub....

  • Sığorta şirkətləri "elektron imza"nın tətbiqinə başladı

    Ölkədə fəaliyyət göstərən bir sıra sığorta şirkətləri "elektron imza"dan istifadə etməklə onlayn sığortanın tətbiqinə başlayıb. Bununla da "Mbask", "Xalq", "Atəşgah" və "AZ-sığorta" sığorta şirkətləri vətəndaşlara sığorta şəhadətnaməsini onlayn əldə etmək imkanı yaratmış olacaq....

  • "Elektron imza"dan istifadə daha da asanlaşdı

    Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində "Elektron imza" sertifikat daşıyıcılarının yeni növü - USB tokenlərin geniş ictimaiyyətə tanıdılması ilə bağlı tədbir keçirilmişdir....

  • Azərbaycan-Koreya əməkdaşlıq forumu keçirildi

    Bu gün Bakıda Dövlət İdarəçiliyi üzrə Azərbaycan-Koreya əməkdaşlıq forumu keçirilib. Forumda Koreya Respublikasının daxili işlər naziri Honq Yun-Şik, Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfiri Kim Çan Qyu, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əsədov və digər səlahiyyətli nümayəndələr iştirak ediblər....

  • Gəncə şəhərində "Apelyasiya Şuralarına elektron şikayət qəbulu" üzrə təlim keçirilib

    Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri tərəfindən Gəncə şəhərində 11 rayonu təmsil edən yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinə "Apelyasiya Şuralarına elektron şikayət qəbulu" elektron xidmətindən və idarəetmə panelindən istifadə qaydaları üzrə növbəti təlim keçirilib. Təlimdə bu elektron xidmətin üstünlükləri barədə ətraflı məlumat verilib....

  • "Apelyasiya Şuralarına elektron şikayət qəbulu" xidmətinin "Elektron hökumət" portalına inteqrasiyası barədə PRESS RELİZ

    Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli Fərmanı ilə yaradılan Apelyasiya Şurası üzrə xidmətlər Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən elektronlaşdırılıb. Artıq "Apelyasiya Şuralarına elektron şikayət qəbulu" xidməti "Elektron hökumət" portalına inteqrasiya olunub....