• Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və "ADA" Universiteti əməkdaşlıq edəcəklər

    Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və "ADA" Universiteti əməkdaşlıq haqda razılaşma imzalayıb. Sənədin əsas məqsədi "ADA"-da informasiya texnologiyaları və mühəndislik sahəsində təhsil alan tələbələr üçün dəstəkləyici layihələr həyata keçirmək, İKT-nin tətbiqinin genişləndirilməsi üzrə birgə fəaliyyətlə məşğul olmaqdır....

  • "Bakutel 2017" sərgi-konfransının keçirilmə tarixi bəlli oldu

    5-8 dekabr tarixlərində Bakı şəhərində 23-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları "Bakutel 2017" Sərgi-Konfransı keçiriləcək və beləliklə də, "Yüksək Texnologiyalar Həftəsi"nə start veriləcəkdir. Bu gün "Bakutel" çox qısa vaxt ərzində sürətlə inkişaf edən texniki nailiyyətlərə həsr olunmuş sərgi olmaqla yanaşı, həm də İKT sahəsinin müxtəlif sahələrini təmsil edən mütəxəssis və peşəkarların görüşü, eləcə də məlumatları mübadilə və emal etmək məqsədi ilə səmərəli vasitələr seçə bilən sadə istifadəçilər üçün unikal platformadır....

  • "Gəncə Marafonu 2017"-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşı 4-cü olub

    11 mindən çox iştirakçının öz gücünü sınadığı bu yarışda qadınlar arasında birinci yeri Ukrayna vətəndaşı Valentina Poltavska, ikinci yeri Azərbaycan vətəndaşı Anna Yusipova, üçüncü yeri Böyük Britaniya vətəndaşı Nataşa Petersen qazanıb.Məlumat Hesablama Mərkəzinin əməkdaşı Türkay Zərgərli finişə çatan qadınlar arasında 4-cü olub....

  • Milli Sertifikat Xidmətləri Mərkəzi Sankt-Peterburqda təşkil olunan konfransda Azərbaycanı təmsil edib

    Rusiya Federasiyasının Rabitə və Kütləvi Kommunikasiya Nazirliyi tərəfindən Sankt-Peterburqda təşkil olunan açıq açar infrastrukturu və elektron imza problemləri üzrə "PKI-Forum Rusiya 2017" beynəlxalq konfransı başa çatıb. Konfransın əsas mövzularını "Açıq açar infrastrukturu və onun əsasında həllərə etibar", "PKI-da perspektiv texnologiyaların tətbiqinin aktual məsələləri", "PKI sahəsində standartlaşdırma və elektron rəqəmsal imza", "Sertifikat xidmətləri mərkəzlərinin fəaliyyəti", "Elektron imzanın əməliyyat sistemlərində məhdudiyyətsiz tətbiqi, blokçeyn-texnologiyalarda PKI" və sair təşkil edib....

  • "Elektron hökumət" portalına AzərSu ASC-dən yeni xidmət inteqrasiya edilib

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin operatoru olduğu "Elektron hökumət" portalına "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin "Elektron müraciət" adlı yeni elektron xidməti inteqrasiya olunub. Bu xidmət vasitəsi ilə fiziki və hüquqi şəxslər müraciətlərini (ərizə və şikayət) bundan sonra elektron formada göndərə bilərlər. Xidmətdən necə istifadə etmək olar? Portala autentifikasiya vasitələrindən biri ilə daxil olduqdan sonra əsas səhifədə "Bütün xidmətlər" bölməsini seçin. Daha sonra "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin təqdim olunan xidmətləri içərisindən "Elektron müraciət" adlı xidməti seçin. Açılan səhifədə "Su kanal idarələri", yaxud "İdarəetmə aparatı" olaraq müraciət edilən təşkilatı, həmçinin müraciət edilən səlahiyyətli şəxs və ya müraciət edilən struktur vahidini seçib "Müraciət et" düyməsinə sıxın....

  • Telefon çəkdirmək, təhvil vermək, nömrəni addan-ada keçirmək istəyənlər üçün yeni imkanlar

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Elektron hökumət" portalında təqdim etdiyi elektron xidmətlərdən yararlanmaqla məsafə qət etmədən evinizə, yaxud ofisinizə yeni telefon xətti çəkdirə bilərsiniz. Sözügedən xidmət hazırda Bakı şəhəri (Bakı Telefon Rabitəsi MMC-nin əhatə dairəsi) üçün aktivdir. Vətəndaşlar"Elektron hökumət" portalındaonlayn müraciət formasını doldurmaq və onlayn ödəniş etməklə bir neçə dəqiqə ərzində telefon çəkilişi xidmətini sifariş edə, hətta istədiyi nömrəni seçə bilər. Sifariş qəbul olunduqdan sonra 3 gün ərzində mənzilə telefon çəkilir....

  • "Elektron hökumət" portalı üzərindən təqdim olunan elektron arayışlardan istifadə sayı artır

    "Elektron hökumət" portalı istifadəçilərə müxtəlif məzmunlu fərdi məlumatlar üzrə arayışları vahid mərkəzdən əldə etmə imkanı yaradır. Portalda istifadə olunan xidmətlər arasında elektron arayışlara müraciət sayı son dövrlər artıb və bu günə qədər 17 arayış növü üzrə 1.252.176 dəfə müraciət qeydə alınıb. Beləliklə, elektron arayışlar üzrə müraciət sayını təqdim edirik:...

  • "Elektron hökumət" üzrə təlimlər davam edir

    Region sakinlərinin elektron hökumət sahəsi üzrə maarifləndirilməsi məqsədilə Məlumat Hesablama Mərkəzi və "Vətənpərvər Maarifçi Gənclər" İctimai Birliyi seminarlar keçirib. Seminarlar "Elektron hökumət" portalı, Elektron imza, "Açıq hökumət məlumatlarından istifadə, elektron arayışlar və digər elektron xidmətlər üzrə mövzuları əhatə edib....