• Gənclər üçün növbəti "Elektron hökumət" təlimləri keçirilir

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi, Elektron Hökumət Təlim-Tədris Mərkəzi və Gənclər Təşkilatları Milli Şurası tərəfindən gənclər təşkilatlarının rəhbər və nümayəndələri üçün "Elektron hökumət" təlimi keçirilir. 4 günlük təlimlərin ilk sessiyası noyabr ayının 21-də baş tutub. Elektron hökumət, elektron xidmətlər, elektron sənəd və imza barədə olan birinci sessiyada vahid virtual xidmət məkanı olan"Elektron hökumət" portalıvə portal üzrə təqdim olunan xidmətlər barədə məlumat verilib. Elektron imzanın elektron sənəd mübadiləsindəki rolu barədə danışılıb. Nəzəri və praktiki hissələrdən ibarət olan təlimin yekununda iştirakçıların sualları əsasında müzakirələr keçirilib....

  • Elektron arayışlar kağız üzərində arayış tələbini aradan qaldırır

    "Fintrend" kredit təşkilatının müştərilə də "Elektron hökumət" portalının xidmətlərinə müraciət edəcək. "Elektron hökumət" portalı ilə tərəfdaşlıq edən kredit təşkilatlarının siyahısına daha bir bank əlavə olundu. Belə ki, artıq "Fintrend" bank olmayan kredit təşkilatı kredit əməliyyatlarına elektron arayışları daxil edərək vətəndaşlara "Elektron hökumət" portalı üzərindən daha rahat xidmət təqdim edəcək. Bu elektron xidmət vasitəsilə vətəndaş heç yerə getmədən, vaxt itkisinə yol vermədən onlayn rejimdə portala daxil olaraq sistem tərəfindən avtomatik formalaşdırılan arayışı elektron şəkildə təşkilata ünvanlaya bilər. Elektron arayış müxtəlif dövlət orqanlarının elektron informasiya ehtiyatları əsasında hazırlanmış elektron sənəddir. Elektron arayışlar vaxt itkisinin qarşısını almaqla vətəndaşın rahatlığını təmin edir. Xatırladaq ki, "Elektron hökumət" portalının vətəndaşlara göstərdiyi bu xidməti artıq 25-dən çox bank və kredit təşkilatları tətbiq edir. Hazırda "Elektron hökumət" portalı tərəfindən 18 arayış vətəndaşlara təqdim olunur....

  • "Gənclər üçün Elektron Hökumət" müsabiqəsinə start verilib

    Noyabrın 10-da "Gənclər üçün Elektron Hökumət" müsabiqəsinə start verilib. Müsabiqənin əsas məqsədi gənclər arasında elektron hökumət həllərindən istifadənin təşviq edilməsi və elektron hökumət üzrə gənclərin maarifləndirilməsidir. Müsabiqə elektron hökumət portalını – www.e-gov.az gənclərin geniş auditoriyasına tanıtmağa və gənclərin elektron hökumət həllərindən istifadə imkanlarını genişləndirməyə şərait yaradır....

  • "Elektron hökumət" televiziya proqramının yayımına başlanılıb

    İctimai Televiziya bu sahədə maarifləndirici verilişini hər həftənin bazar ertəsi tamaşaçılara təqdim edəcək. "Elektron hökumət"lə bağlı yeni televiziya proqramının yayımına başlanılıb. Oktyabrın 30-dan etibarənİctimai Televiziyada yayımlanan veriliş hər həftənin bazar ertəsi, saat 22:00-da efirdə olacaq. Proqramın məqsədi elektron hökumətin vətəndaşlar üçün yaratdığı üstünlüklər, elektron xidmətlər, onlardan istifadə qaydaları və s. barədə insanları maarifləndirməkdir. Proqramın ilk buraxıl...

  • Elektron imza sertifikatının onlayn sifarişi sadələşdirilib

    Milli Sertifikat Xidmətləri Mərkəzi Azərbaycanın ayrı-ayrı bölgələrindən edilən müraciətləri nəzərə alaraq Elektron imzanı əldə etmək üçün onlayn müraciət sistemini daha da sadələşdirilib. Vətəndaşlar, fiziki və hüquqi şəxslər Elektron imza sertifikatını Qeydiyyat Mərkəzlərinə getmədən "Elektron hökumət" portalından yaxud e-imza.az saytından onlayn müraciət edərək sifariş edə bilərlər. Bunun üçün ilk növbədə "Elektron hökumət"portalına daxil olub "E-xidmətlər" menyusundan "Bütün xidmətlər" bölməsini seçmək lazımdır. Sonra qurumların içərisindən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi seçilir və xidmətlər arasından "Vətəndaşlar üçün elektron imza sertifikatları sifarişi" xidməti seçilir. Açılan səhifədə E-müraciət üçün müqavilə şərtləri ilə tanış olub, səhifənin aşağı hissəsində «İstifadəçi qaydalarını qəbul edirəm» xanasını işarələyib, «DAVAM ET» düyməsini sıxmaq lazımdır....

  • Daha bir bank "Elektron hökumət" portalına qoşuldu

    "Elektron hökumət" portalı ilə tərəfdaşlıq edən banklar siyahısına daha bir bank əlavə olundu. Belə ki, artıq"AFB bank"da kredit əməliyyatları prosesinə elektron arayışları daxil edərək vətəndaşlara"Elektron hökumət" portalıüzərindən daha rahat xidmət təqdim edəcək. Bu elektron xidmət vasitəsilə vətəndaş banka getmədən, vaxt itkisinə yol vermədən onlayn rejimdə portala daxil olaraq sistem tərəfindən avtomatik formalaşdırılan arayışı elektron şəkildə banka ünvanlaya bilər.Elektron arayış müxtəlif dövlət orqanlarının elektron informasiya ehtiyatları əsasında hazırlanmış elektron sənəddir. Elektron arayışlar bank xidmətlərindən istifadə zamanı vaxt itkisinin qarşısını almaqla vətəndaşın rahatlığını təmin edir. Xidmətin digər üstünlüyü vətəndaşın işlədiyi müəssisədən arayış alma zərurətinin aradan qaldırılmasıdır....

  • "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edilmə

    "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edilməsi barədə "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 may tarixli 1399 nömrəli Fərmanının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər KabinetiQƏRARA ALIR:...

  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında

    "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 may tarixli 1399 nömrəli Fərmanının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:...