• Cəbhəyanı regionlar üzrə "Elektron hökumət" mövzusunda seminarlar yekunlaşıb

    Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin birgə dəstəyi ilə "Vətənpərvər Maarifçi Gənclər" İctimai Birliyi tərəfindəncəbhəyanı rayonlarda təşkil edilmiş "Elektron hökumət" mövzusunda seminarlar başa çatıb....

  • "Elektron imza" ilə imzalanan sənədin yararlı olub olmadığını, kim tərəfindən və nə vaxt imzalandığını necə öyrənmək olar?

    Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən hazırlanan yeni proqram vasitəsilə artıq elektron imza ilə imzalanmış sənədin nə zaman, kim tərəfindən və hansı sertifikatla imzalandığını müəyyən etmək mümkündür. "Edoc yoxlayıcı" adlanan proqram ,".edoc" formatında olan rəqəmsal sənədlərdə imzanın strukturunun yoxlanılması və sənədlərin nüsxəsini əldə etmək üçün nəzərdə tutulub. Qeyd edək ki, Milli Sertifikat Xidmətləri Mərkəzinin e-imza sertifikatı ilə imzalanmış sənədlər ".edoc" formatında olur....

  • "Elektron hökumət" mövzusunda Bərdə və Tərtər rayonlarında seminar keçirilib

    Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə dəstəyi ilə "Vətənpərvər Maarifçi Gənclər" İctimai Birliyi cəbhəyanı rayonlarda "Elektron hökumət" mövzusunda seminarlara start verib....

  • Cəbhəyanı rayonlarda yaşayan əhali üçün "Elektron hökumət" mövzusunda seminarlar keçiriləcək

    Cəbhəyanı rayonlarda yaşayan əhali üçün "Elektron hökumət" mövzusunda seminarlar keçiriləcək. 21-22 oktyabr Bərdə və Tərtər, 4-5 noyabr tarixlərində isə Ağdam və Goranboy rayonlarında baş tutacaq seminarların keçirilməsində məqsəd "Elektron hökumət", elektron xidmətlər barədə region əhalisinə məlumat vermək, əhalini bu sahədə həyata keçirilən islahatlardan faydalanmağa dəvət etməkdir....

  • "Elektron imza" sertifikatlarının sayı 97 mini ötdü

    Bildiyimiz kimi, "elektron imza" virtual mühit istifadəçisinin şəxsiyyətini müəyyənləşdirən vasitə, təsdiqedici komponentdir. O, elektron sistemdə imzanın daşıdığı bütün funksiyaları yerinə yetirən, göndərilmiş elektron məlumatı kodlaşdıran və göndərəni təyin edən ədədi koddur....

  • Daha bir bank "Elektron hökumət" portalına qoşuldu

    "Yapı Kredi Bank" vətəndaşlara "Elektron hökumət" portalı üzərindən xidmət edəcək. "Elektron hökumət" portalı ilə tərəfdaşlıq edən banklar siyahısına daha bir bank əlavə olundu. Belə ki, bu gündən etibarən "Yapı Kredi Bank" kredit əməliyyatları prosesinə elektron arayışları daxil edərək vətəndaşlara"Elektron hökumət" portalıüzərindən daha rahat xidmət təqdim edəcək. Bu elektron xidmət vasitəsilə vətəndaş banka getmədən, vaxt itkisinə yol vermədən onlayn rejimdə portala daxil olaraq sistem tərəfindən avtomatik formalaşdırılan arayışı elektron şəkildə banka ünvanlaya bilər....

  • Ən çox istifadə olunan elektron xidmətlərin statistikası açıqlandı

    Ölkə əhalisinin elektron xidmətlərdən istifadəsi genişlənir. "Elektron hökumət" portalına müraciət edən istifadəçilərin sayının hər ötən gün artması bunu deməyə əsas verir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzi "Elektron hökumət" portalında təqdim olunan elektron xidmətlərdən istifadə üzrə növbəti statistikanı açıqlayıb....

  • Məlumat Hesablama Mərkəzinin komandası atletika üzrə yarışın qalibi oldu

    Məlum olduğu kimi, sentyabrın 24-dən etibarən Azərbaycan Respublikasında rabitə və yüksək texnologiyalar sahəsi işçilərinin peşə bayramının və ölkəmizdə telefon rabitəsinin yaradılmasının 135 illiyi ilə əlaqədar "Sağlamlıq – 2016" rabitə işçilərinin Respublika Spartakiadasına start verilib....