• "Elektron hökumət" portalına AzərSu ASC-dən yeni xidmət inteqrasiya edilib

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin operatoru olduğu "Elektron hökumət" portalına "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin "Elektron müraciət" adlı yeni elektron xidməti inteqrasiya olunub. Bu xidmət vasitəsi ilə fiziki və hüquqi şəxslər müraciətlərini (ərizə və şikayət) bundan sonra elektron formada göndərə bilərlər. Xidmətdən necə istifadə etmək olar? Portala autentifikasiya vasitələrindən biri ilə daxil olduqdan sonra əsas səhifədə "Bütün xidmətlər" bölməsini seçin. Daha sonra "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin təqdim olunan xidmətləri içərisindən "Elektron müraciət" adlı xidməti seçin. Açılan səhifədə "Su kanal idarələri", yaxud "İdarəetmə aparatı" olaraq müraciət edilən təşkilatı, həmçinin müraciət edilən səlahiyyətli şəxs və ya müraciət edilən struktur vahidini seçib "Müraciət et" düyməsinə sıxın....

  • Telefon çəkdirmək, təhvil vermək, nömrəni addan-ada keçirmək istəyənlər üçün yeni imkanlar

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Elektron hökumət" portalında təqdim etdiyi elektron xidmətlərdən yararlanmaqla məsafə qət etmədən evinizə, yaxud ofisinizə yeni telefon xətti çəkdirə bilərsiniz. Sözügedən xidmət hazırda Bakı şəhəri (Bakı Telefon Rabitəsi MMC-nin əhatə dairəsi) üçün aktivdir. Vətəndaşlar"Elektron hökumət" portalındaonlayn müraciət formasını doldurmaq və onlayn ödəniş etməklə bir neçə dəqiqə ərzində telefon çəkilişi xidmətini sifariş edə, hətta istədiyi nömrəni seçə bilər. Sifariş qəbul olunduqdan sonra 3 gün ərzində mənzilə telefon çəkilir....

  • "Elektron hökumət" portalı üzərindən təqdim olunan elektron arayışlardan istifadə sayı artır

    "Elektron hökumət" portalı istifadəçilərə müxtəlif məzmunlu fərdi məlumatlar üzrə arayışları vahid mərkəzdən əldə etmə imkanı yaradır. Portalda istifadə olunan xidmətlər arasında elektron arayışlara müraciət sayı son dövrlər artıb və bu günə qədər 17 arayış növü üzrə 1.252.176 dəfə müraciət qeydə alınıb. Beləliklə, elektron arayışlar üzrə müraciət sayını təqdim edirik:...

  • "Elektron hökumət" üzrə təlimlər davam edir

    Region sakinlərinin elektron hökumət sahəsi üzrə maarifləndirilməsi məqsədilə Məlumat Hesablama Mərkəzi və "Vətənpərvər Maarifçi Gənclər" İctimai Birliyi seminarlar keçirib. Seminarlar "Elektron hökumət" portalı, Elektron imza, "Açıq hökumət məlumatlarından istifadə, elektron arayışlar və digər elektron xidmətlər üzrə mövzuları əhatə edib....

  • "Elektron hökumət" bülleteninin növbəti sayı dərc edilib

    "Elektron hökumət" portalının operatoru - Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən cari ilin ikinci rübünü əhatə edən"Elektron hökumət" bülleteninin 40-cı sayıictimaiyyətə təqdim edilib. Bülleten vahid portalda olan yeniliklər və görülən işlər barədə cəmiyyəti məlumatlandırmaq məqsədi daşıyır....

  • Cari ilin ilk 6 ayı ərzində 10582 "Elektron imza" sertifikatı istifadəyə verilib

    Toplam 23.635.703 autentifikasiya və elektron imza əməliyyatı aparılmışdır. Ölkədə "Elektron imza" sertifikatlarının sayının artması ilə yanaşı, onun istifadə miqyası da genişlənməkdədir. Belə ki, Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən cari ilin 6 ayı ərzində istifadəyə verilmiş "Elektron imza" sertifikatlarının sayı10.582-yə çatıb. Onlardan dövlət qurumlarının payına 3.440, fiziki şəxslərin payına 2.582, hüquqi şəxslərin payına isə 4.560 "Elektron imza" sertifikatı düşür....

  • Telekommunikasiya sahəsinin əməkdaşlarına elektron xidmətlər barədə məlumat verilib

    Məlumat Hesablama Mərkəzi və Elektron Hökumət Təlim-Tədris Mərkəzinin təşkilatçılığı ilə "Elektron hökumət" quruculuğu üzrə növbəti seminar 6 iyul tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeli qurum və müəssisələrinin əməkdaşları üçün keçirilib. Seminarda "AzInTelecom" MMC, Dövlət Radiotezliklər İdarəsi, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi, Elektron Hökumət Təlim-Tədris Mərkəzinin əməkdaşları iştirak ediblər....

  • Gənclər Təşkilatları Milli Şurasına üzv təşkilatlar üçün "Elektron hökumət" mövzusunda seminar keçirilib

    Gənclərin elektron hökumət sahəsi üzrə maarifləndirilməsi məqsədilə Elektron Hökumət Təlim-Tədris Mərkəzində (EHTTM) Məlumat Hesablama Mərkəzinin dəstəyi ilə seminar keçirilib. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasına üzv təşkilatlar üçün keçirilən seminarda"Elektron hökumət" portalı, dövlət elektron xidmətləri haqqında geniş məlumat verilib....

  • Təhsil Nazirliyinin əməkdaşlarına "Elektron hökumət" mövzusunda seminar keçirilib

    İyunun 30-da Təhsil Nazirliyinin əməkdaşlarına keçirilən seminarda "Elektron hökumət" portalı, elektron xidmətlər və "Elektron imza" barədə ətraflı məlumat verilib. Tədbiri açıq elan edən Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin müdir müavini Orxan Abbasov müasir dünyada elektron xidmətlərin rolundan danışıb....