Əfqanıstanın rabitə və informasiya texnologiyaları naziri Əmirzai Sangin: "Azərbaycanın elektron idarəçilik modelinin öz ölkəmizdə tətbiq imkanlarını nəzərdən keçirmək istəyirik"

18.06.13

Qıza zaman ərzində elektron idarəçilik, elektron həllər sahəsində təcrübəsini genişləndirən Azərbaycan artıq bir sıra dünya ölkələri üçün örnək ola biləcək modelə malikdir. BMT İnkişaf Proqramı ilə birgə həyata keçirilən müvafiq layihələrdəki uğurlu nəticələrə əsaslanaraq, beynəlxalq təşkilatlar hazırda bir çox inkişaf etməkdə olan və keçid dövrünü yaşayan ölkələrə Azərbaycanın uğurlu təcrübəyə əsaslanan inkişaf modeli ilə tanışlığı tövsiyə edirlər.

Modelin nəzərdən keçirilməsində maraqlı tərəflərdən biri də Əfqanıstan İslam Respublikasıdır. Bu məqsədlə Əfqanıstanın rabitə və informasiya texnologiyaları naziri Əmirzai Sanginin başçılıq etdiyi 26 dövlət rəsmisindən ibarət nümayəndə heyətinin ölkəmizdə iyunun 9-dan davam edən rəsmi səfəri 15 iyunda başa çatır. Səfər çərçivəsində Əmirzai Sangin "Rabitə dünyası”na müsahibəsində əməkdaşlıq istiqamətləri ilə bağlı fikirlərini paylaşıb.

"İki ölkə arasında əməkdaşlığın çox yaxşı mərhələsindəyik”

- Azərbaycanla Əfqanıstanın İKT sektorunda davam edən münasibətlərinin indiki mərhələsi barədə nə deyə bilərsiniz?

- Deyə bilərəm ki, iki ölkə arasında əməkdaşlığın çox yaxşı mərhələsindəyik. Əslində, indiyə qədər mən Azərbaycana 3-4 dəfə səfər etmişəm. Sonuncu səfərim ötən ilin noyabr ayında Bakıda təşkil olunan İnternet İdarəçilik Forumu (İİF) ilə bağlı olub. Həmin səfər zamanı biz "Elektron hökumət”ə dair konfransa toplaşmışdıq. Orada azərbaycanlı həmkarlarımızla birlikdə qərara gəlmişdik ki, Azərbaycanla Əfqanıstan arasında informasiya texnologiyaları sahəsində əməkdaşlığı davam etdirək və daha da gücləndirək. Bu razılığın nəticəsi olaraq, indi mən Əfqanıstandan çox böyük nümayəndə heyəti ilə birlikdə Azərbaycandayam və əməkdaşlığımızın növbəti mərhələlərini müzakirə edirik.

"Yekunda tərəfdaşlıqla bağlı prosesin gedişatı haqda daha aydın anlayışımız olacaq”

- Səfəriniz çərçivəsində Azərbaycanın dövlət qurumlarında, o cümlədən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində, Xarici İşlər Nazirliyində, Ədliyyə Nazirliyində, Dövlət Sosial Müdafiə Fondunda, Dövlət Gömrük Komitəsində, Dövlət Qulluğu üzrə Komissiyaya və İctimai Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində bir sıra görüşlər keçirirsiniz. Bu vaxta qədər keçirdiyiniz görüşlərin nəticələri barədə nə deyə bilərsiniz?

- Görüşlərimizdən biri Milli Məclisin sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərovla keçirilib. Növbəti görüşlər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində nazir Əli Abbasov, Xarici İşlər Nazirliyində nazir Elmar Məmmədyarov, eyni zamanda BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMT İnkişaf Proqramının rezident nümayəndəsi Antonius Broeklə keçirilib. Görüşlərin hamısı çox məhsuldar, yüksək əhval-ruhiyyədə, dostluq və əməkdaşlıq müstəvisində keçirildi və biz əməkdaşlığımızın bundan sonrakı - növbəti mərhələləri, istiqamətləri üzrə danışıqlar apardıq.

Onu da qeyd edim ki, iyunun 11-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşkil etdiyi "Elektron idarəçilik sahəsində Azərbaycanın təcrübəsi” mövzusunda keçirilən konfransda Azərbaycanın bu sahədə qazandığı nailiyyətlər barədə xeyli, ətraflı, detallı məlumatlar verilib. Ümid edirəm ki, bütün görüşlərin yekununda tərəfdaşlıqla bağlı prosesin gedişatı haqqında bizim daha aydın anlayışımız olacaq.

"Məsələni daha dərindən araşdırmaq və dəqiqləşdirmək üçün İşçi Qrup yaradacağıq”

- Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində keçirilən görüşdə Əfqanıstanın milli peykinin buraxılması prosesinə toxundunuz. Bu aspektdə, Əfqanıstanın Azərbaycanın milli peykindən istifadə imkanlarını necə dəyərləndirirsiniz?

- Çox yaxşı bir məqama toxundunuz. Nazir Əli Abbasovla görüşümüzdə əməkdaşlığın mümkün ola biləcəyi bir neçə istiqamət haqqında danışdıq. Bunlardan biri də peykdən istifadə məsələsi idi. Düzdür, Əfqanıstan özünün peykini buraxmağa hazırlaşır, amma bu proses bir xeyli vaxt apara bilər. Bunun üçün bəlkə 2, bəlkə də 3 il tələb olunacaq. Ancaq Azərbaycanın peyki artıq orbitdədir.

Mən çox şad oldum ki, cənab Əli Abbasov bizə Azərbaycanın peykindən istifadə etməklə bağlı təklif irəli sürdü. Biz fikirləşirik ki, bu məsələni daha dərindən araşdırmaq və dəqiqləşdirmək üçün iki ölkə arasında birgə İşçi Qrup yaradacağıq. İşçi Qrup bu potensialdan necə istifadə olunması üzərində işləyib müəyyən qərarlara gələcək.

Azərbaycan Əfqanıstanı dünyaya bağlaya bilər

- Elektron idarəçilik sahəsində başqa, Azərbaycanla əməkdaşlıqda İKT-nin daha hansı istiqamətləri üzrə potensialın olduğunu düşünürsünüz? Eyni zamanda Əfqanıstan tərəfi Azərbaycanla daha hansı istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsində maraqlıdır?

- Əməkdaşlıqda digər mümkün bir məsələ xarici bağlantı mövzusudur. Biz Əfqanıstanın bütün dünyaya bağlantısının təmin edilməsi üzərində çalışırıq. Azərbaycanın artıq bu sahədə imkanları genişdir və artıq o, müxtəlif ölkələr üzərindən bağlantı yarada bilir. Biz fikirləşirik ki, Azərbaycanın imkanlarından istifadə edərək, həmin bağlantıya qoşulaq. Yəni Əfqanıstan bağlantı mövzusunda gələcəkdə dünya şəbəkəsinə qoşula bilsin. Xüsusən də Avrasiya fiber-optik şəbəkəsinə qoşulmaq bizim üçün çox maraqlıdır. İstəyirik ki, bu fiber-optik şəbəkə Əfqanıstandan da keçsin. Ona görə də bu məsələnin müzakirəsində maraqlıyıq.

"Azərbaycanın İrana verdiyi xidmət vasitəsilə biz də daha ucuz qiymətlərdən istifadə edə bilərik”

- Nazirlikdəki görüşünüzdə internetlə bağlı Azərbaycanın ixrac xidmətlərinə də maraq göstərdiniz. Həmçinin İran vasitəsilə bu xidmətlərdən istifadə məsələsinə toxundunuz. Bu məsələnin reallaşmasına nə qədər ümid bəsləyirsiniz?

- Bilirik ki, İran fiber-optik xətlər vasitəsilə və çox ucuz qiymətlərlə Azərbaycana qoşulub. Fikirləşirik ki, bəlkə Azərbaycanın İrana verdiyi bu xidmət vasitəsilə biz də ölkənizin xidmətlərinə qoşula və daha ucuz qiymətlərdən istifadə edə bilərik.

- Bildiyim qədər, Əfqanıstanda əhalinin təxminən 8 faizi internet xidmətlərindən istifadə edə bilir. Əgər bu xidmətlərə qoşulsanız, ölkənizdə əhalinin neçə faizini internetlə təmin etmək imkanı yaranacaq? - Düzdür, hal-hazırda Əfqanıstanda əhalinin təxminən 8-10 faizi internetə çıxış imkanına malikdir. Əlbəttə, biz bu faizin daha da artması üçün bu sahədə müəyyən addımlar atırıq.

Məsələ ondadır ki, biz qarşıdakı yarım, bir il ərzində internet bağlantısı, genişzolaqlı internet xidmətlər, o cümlədən "3G” texnologiyalarını daha da genişləndirməyi nəzərdə tutmuşuq. Bu müddət ərzində həyata keçiriləcək tədbirlər sayəsində əhalinin təxminən 80 faizinə internetə çıxış imkanı yaratmaq istəyirik. Amma internetə çıxış imkanının yaradılması nə qədər əhalinin bu xidmətdən istifadə edəcəyi haqda bir şey demir. Çünki əhalinin bu xidmətlərin istifadə səviyyəsinin yüksəlməsi müəyyən edilmiş qiymətlərdən asılı olacaq. Ona görə də biz Pakistan, İran və Azərbaycan kimi ölkələrdən istifadə etməklə, aşağı qiymətlərə nail olmağa çalışacağıq. Təbii ki, qiymətlər aşağı olduqca internet xidmətlərindən istifadə etməyə çalışan əhalinin sayı da artacaq. Fikirləşirik ki, qarşıdan gələn iki il ərzində buna nail olarıqsa, yəqin ki, ölkəmizdə internet istifadəçilərinin sayı 50 faizə qədər arta bilər.

Daha vacib mərhələdə Azərbaycan təcrübəsinə baxış

- Sonuncu sualım gələcək İKT istiqamətləri ilə bağlıdır. Yəqin ki, siz İKT-nin növbəti illərdə inkişafı üzrə Azərbaycanın təyin etdiyi prioritet istiqamətlərlə tanışsınız. Bu baxımdan, Əfqanıstan İKT-nin inkişafı istiqamətində hansı prioritetləri müəyyənləşdirib?

- Əlbəttə, biz də bu sahədə gələcək prioritet istiqamətlərimizi müəyyən etmişik. Bilirsiniz ki, Əfqanıstan hər şeyə çox aşağı səviyyədən başlayıb. Biz ilk növbədə, müvafiq infrastrukturun yaradılmasına çalışmışıq. İnfrastruktur dedikdə, bizə ilk növbədə danışmaq imkanı yaradan vəsaitlər lazım idi. Yəni mobil telefonlardan söhbət gedir. İndiyə qədər Əfqanıstanın 30 milyonluq əhalisindən artıq 20 milyona yaxını mobil telefonlardan istifadə etmək imkanı əldə edib. Bu isə o deməkdir ki, artıq əhalinin böyük əksəriyyəti üçün bu imkan yaradılıb. Ondan sonra biz internet və genişzolaqlı internet xidmətlərinin yaradılmasına çalışmışıq və indiyə qədər fiber-optik şəbəkənin yaradılması ilə məşğul olmuşuq. Bu günə qədər bu sahədə də müxtəlif nailiyyətlər əldə etmişik. Məsələ burasındadır ki, infrastruktur yaradıldıqdan sonra avtomatik olaraq üçüncü mərhələ - həmin infrastrukturdan necə istifadə edilməsi mərhələsi ortaya çıxıb. Bu həmin məqamdır ki, burada artıq elektron idarəçilik məsələsi öz vacibliyini büruzə verir. Məhz bu sahədə biz Azərbaycanın təcrübəsini öyrənmək üçün buraya gəlmişik. Azərbaycanın elektron idarəçilik sahəsində qazandığı təcrübəsini öyrənmək və bu modelin öz ölkəmizdə tətbiq imkanlarını nəzərdən keçirmək istəyirik.əsaslanaraq, beynəlxalq təşkilatlar hazırda bir çox inkişaf etməkdə olan və keçid dövrünü yaşayan ölkələrə Azərbaycanın uğurlu təcrübəyə əsaslanan inkişaf modeli ilə tanışlığı tövsiyə edirlər.

Modelin nəzərdən keçirilməsində maraqlı tərəflərdən biri də Əfqanıstan İslam Respublikasıdır. Bu məqsədlə Əfqanıstanın rabitə və informasiya texnologiyaları naziri Əmirzai Sanginin başçılıq etdiyi 26 dövlət rəsmisindən ibarət nümayəndə heyətinin ölkəmizdə iyunun 9-dan davam edən rəsmi səfəri 15 iyunda başa çatır. Səfər çərçivəsində Əmirzai Sangin "Rabitə dünyası”na müsahibəsində əməkdaşlıq istiqamətləri ilə bağlı fikirlərini paylaşıb.

"İki ölkə arasında əməkdaşlığın çox yaxşı mərhələsindəyik”

- Azərbaycanla Əfqanıstanın İKT sektorunda davam edən münasibətlərinin indiki mərhələsi barədə nə deyə bilərsiniz?

- Deyə bilərəm ki, iki ölkə arasında əməkdaşlığın çox yaxşı mərhələsindəyik. Əslində, indiyə qədər mən Azərbaycana 3-4 dəfə səfər etmişəm. Sonuncu səfərim ötən ilin noyabr ayında Bakıda təşkil olunan İnternet İdarəçilik Forumu (İİF) ilə bağlı olub. Həmin səfər zamanı biz "Elektron hökumət”ə dair konfransa toplaşmışdıq. Orada azərbaycanlı həmkarlarımızla birlikdə qərara gəlmişdik ki, Azərbaycanla Əfqanıstan arasında informasiya texnologiyaları sahəsində əməkdaşlığı davam etdirək və daha da gücləndirək. Bu razılığın nəticəsi olaraq, indi mən Əfqanıstandan çox böyük nümayəndə heyəti ilə birlikdə Azərbaycandayam və əməkdaşlığımızın növbəti mərhələlərini müzakirə edirik.

"Yekunda tərəfdaşlıqla bağlı prosesin gedişatı haqda daha aydın anlayışımız olacaq”

- Səfəriniz çərçivəsində Azərbaycanın dövlət qurumlarında, o cümlədən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində, Xarici İşlər Nazirliyində, Ədliyyə Nazirliyində, Dövlət Sosial Müdafiə Fondunda, Dövlət Gömrük Komitəsində, Dövlət Qulluğu üzrə Komissiyaya və İctimai Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində bir sıra görüşlər keçirirsiniz. Bu vaxta qədər keçirdiyiniz görüşlərin nəticələri barədə nə deyə bilərsiniz?

- Görüşlərimizdən biri Milli Məclisin sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərovla keçirilib. Növbəti görüşlər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində nazir Əli Abbasov, Xarici İşlər Nazirliyində nazir Elmar Məmmədyarov, eyni zamanda BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMT İnkişaf Proqramının rezident nümayəndəsi Antonius Broeklə keçirilib. Görüşlərin hamısı çox məhsuldar, yüksək əhval-ruhiyyədə, dostluq və əməkdaşlıq müstəvisində keçirildi və biz əməkdaşlığımızın bundan sonrakı - növbəti mərhələləri, istiqamətləri üzrə danışıqlar apardıq.

Onu da qeyd edim ki, iyunun 11-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşkil etdiyi "Elektron idarəçilik sahəsində Azərbaycanın təcrübəsi” mövzusunda keçirilən konfransda Azərbaycanın bu sahədə qazandığı nailiyyətlər barədə xeyli, ətraflı, detallı məlumatlar verilib. Ümid edirəm ki, bütün görüşlərin yekununda tərəfdaşlıqla bağlı prosesin gedişatı haqqında bizim daha aydın anlayışımız olacaq.

"Məsələni daha dərindən araşdırmaq və dəqiqləşdirmək üçün İşçi Qrup yaradacağıq”

- Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində keçirilən görüşdə Əfqanıstanın milli peykinin buraxılması prosesinə toxundunuz. Bu aspektdə, Əfqanıstanın Azərbaycanın milli peykindən istifadə imkanlarını necə dəyərləndirirsiniz?

- Çox yaxşı bir məqama toxundunuz. Nazir Əli Abbasovla görüşümüzdə əməkdaşlığın mümkün ola biləcəyi bir neçə istiqamət haqqında danışdıq. Bunlardan biri də peykdən istifadə məsələsi idi. Düzdür, Əfqanıstan özünün peykini buraxmağa hazırlaşır, amma bu proses bir xeyli vaxt apara bilər. Bunun üçün bəlkə 2, bəlkə də 3 il tələb olunacaq. Ancaq Azərbaycanın peyki artıq orbitdədir.

Mən çox şad oldum ki, cənab Əli Abbasov bizə Azərbaycanın peykindən istifadə etməklə bağlı təklif irəli sürdü. Biz fikirləşirik ki, bu məsələni daha dərindən araşdırmaq və dəqiqləşdirmək üçün iki ölkə arasında birgə İşçi Qrup yaradacağıq. İşçi Qrup bu potensialdan necə istifadə olunması üzərində işləyib müəyyən qərarlara gələcək.

Azərbaycan Əfqanıstanı dünyaya bağlaya bilər

- Elektron idarəçilik sahəsində başqa, Azərbaycanla əməkdaşlıqda İKT-nin daha hansı istiqamətləri üzrə potensialın olduğunu düşünürsünüz? Eyni zamanda Əfqanıstan tərəfi Azərbaycanla daha hansı istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsində maraqlıdır?

- Əməkdaşlıqda digər mümkün bir məsələ xarici bağlantı mövzusudur. Biz Əfqanıstanın bütün dünyaya bağlantısının təmin edilməsi üzərində çalışırıq. Azərbaycanın artıq bu sahədə imkanları genişdir və artıq o, müxtəlif ölkələr üzərindən bağlantı yarada bilir. Biz fikirləşirik ki, Azərbaycanın imkanlarından istifadə edərək, həmin bağlantıya qoşulaq. Yəni Əfqanıstan bağlantı mövzusunda gələcəkdə dünya şəbəkəsinə qoşula bilsin. Xüsusən də Avrasiya fiber-optik şəbəkəsinə qoşulmaq bizim üçün çox maraqlıdır. İstəyirik ki, bu fiber-optik şəbəkə Əfqanıstandan da keçsin. Ona görə də bu məsələnin müzakirəsində maraqlıyıq.

"Azərbaycanın İrana verdiyi xidmət vasitəsilə biz də daha ucuz qiymətlərdən istifadə edə bilərik”

- Nazirlikdəki görüşünüzdə internetlə bağlı Azərbaycanın ixrac xidmətlərinə də maraq göstərdiniz. Həmçinin İran vasitəsilə bu xidmətlərdən istifadə məsələsinə toxundunuz. Bu məsələnin reallaşmasına nə qədər ümid bəsləyirsiniz?

- Bilirik ki, İran fiber-optik xətlər vasitəsilə və çox ucuz qiymətlərlə Azərbaycana qoşulub. Fikirləşirik ki, bəlkə Azərbaycanın İrana verdiyi bu xidmət vasitəsilə biz də ölkənizin xidmətlərinə qoşula və daha ucuz qiymətlərdən istifadə edə bilərik.

- Bildiyim qədər, Əfqanıstanda əhalinin təxminən 8 faizi internet xidmətlərindən istifadə edə bilir. Əgər bu xidmətlərə qoşulsanız, ölkənizdə əhalinin neçə faizini internetlə təmin etmək imkanı yaranacaq? - Düzdür, hal-hazırda Əfqanıstanda əhalinin təxminən 8-10 faizi internetə çıxış imkanına malikdir. Əlbəttə, biz bu faizin daha da artması üçün bu sahədə müəyyən addımlar atırıq.

Məsələ ondadır ki, biz qarşıdakı yarım, bir il ərzində internet bağlantısı, genişzolaqlı internet xidmətlər, o cümlədən "3G” texnologiyalarını daha da genişləndirməyi nəzərdə tutmuşuq. Bu müddət ərzində həyata keçiriləcək tədbirlər sayəsində əhalinin təxminən 80 faizinə internetə çıxış imkanı yaratmaq istəyirik. Amma internetə çıxış imkanının yaradılması nə qədər əhalinin bu xidmətdən istifadə edəcəyi haqda bir şey demir. Çünki əhalinin bu xidmətlərin istifadə səviyyəsinin yüksəlməsi müəyyən edilmiş qiymətlərdən asılı olacaq. Ona görə də biz Pakistan, İran və Azərbaycan kimi ölkələrdən istifadə etməklə, aşağı qiymətlərə nail olmağa çalışacağıq. Təbii ki, qiymətlər aşağı olduqca internet xidmətlərindən istifadə etməyə çalışan əhalinin sayı da artacaq. Fikirləşirik ki, qarşıdan gələn iki il ərzində buna nail olarıqsa, yəqin ki, ölkəmizdə internet istifadəçilərinin sayı 50 faizə qədər arta bilər.

Daha vacib mərhələdə Azərbaycan təcrübəsinə baxış

- Sonuncu sualım gələcək İKT istiqamətləri ilə bağlıdır. Yəqin ki, siz İKT-nin növbəti illərdə inkişafı üzrə Azərbaycanın təyin etdiyi prioritet istiqamətlərlə tanışsınız. Bu baxımdan, Əfqanıstan İKT-nin inkişafı istiqamətində hansı prioritetləri müəyyənləşdirib?

- Əlbəttə, biz də bu sahədə gələcək prioritet istiqamətlərimizi müəyyən etmişik. Bilirsiniz ki, Əfqanıstan hər şeyə çox aşağı səviyyədən başlayıb. Biz ilk növbədə, müvafiq infrastrukturun yaradılmasına çalışmışıq. İnfrastruktur dedikdə, bizə ilk növbədə danışmaq imkanı yaradan vəsaitlər lazım idi. Yəni mobil telefonlardan söhbət gedir. İndiyə qədər Əfqanıstanın 30 milyonluq əhalisindən artıq 20 milyona yaxını mobil telefonlardan istifadə etmək imkanı əldə edib. Bu isə o deməkdir ki, artıq əhalinin böyük əksəriyyəti üçün bu imkan yaradılıb. Ondan sonra biz internet və genişzolaqlı internet xidmətlərinin yaradılmasına çalışmışıq və indiyə qədər fiber-optik şəbəkənin yaradılması ilə məşğul olmuşuq. Bu günə qədər bu sahədə də müxtəlif nailiyyətlər əldə etmişik. Məsələ burasındadır ki, infrastruktur yaradıldıqdan sonra avtomatik olaraq üçüncü mərhələ - həmin infrastrukturdan necə istifadə edilməsi mərhələsi ortaya çıxıb. Bu həmin məqamdır ki, burada artıq elektron idarəçilik məsələsi öz vacibliyini büruzə verir. Məhz bu sahədə biz Azərbaycanın təcrübəsini öyrənmək üçün buraya gəlmişik. Azərbaycanın elektron idarəçilik sahəsində qazandığı təcrübəsini öyrənmək və bu modelin öz ölkəmizdə tətbiq imkanlarını nəzərdən keçirmək istəyirik.Qıza zaman ərzində elektron idarəçilik, elektron həllər sahəsində təcrübəsini genişləndirən Azərbaycan artıq bir sıra dünya ölkələri üçün örnək ola biləcək modelə malikdir. BMT İnkişaf Proqramı ilə birgə həyata keçirilən müvafiq layihələrdəki uğurlu nəticələrə