Məlumat Hesablama Mərkəzi tərəfindən hazırlanmış "Elektron Hökumət" bülleteninin ikinci sayı işıq üzü görmüşdür

8.02.13

Rabitə və İnformasiya Texnologiyaları Nazırliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən hazırlanmış "Elektron Hökumət” bülleteninin ikinci sayı işıq üzü görmüşdür.

Bu sayımızda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İKT sahəsinə  verilən diqqəti və əldə edilmiş uğurları nəzərə alaraq 2013 cü ili "İnformasiya – kommunikasiya texnologiyaları ili” elan etməsi haqda məlumat verilmiş, elektron hökumət layihələrinin genişlindirilməsi istiqamətində görülmüş işlər barədə materiallar hazırlanmışdır.

Bülletendə statistik məlumatlarla yanaşı Mobil İD və Elektron Hökumət Portalının vacibliyi haqqında analitik  məqalələr və sosial şəbəkələrdə vətəndaşlarımız tərəfindən verilmiş təkliflər və münasibətlərdən seçmələr verilmişdir. Bülletenimizdə yerləşdirilən məlumatlarla daha ətraflı buradan tanış ola bilərsiniz.


Bülleteni yüklə