Mobil cihazların satışı ilə məşğul olan fiziki və hüquqi şəxslərin nəzərinə

3.11.14

Mobil cihazların satışı ilə məşğul olan fiziki və hüquqi şəxslərin nəzərinə çatdırır ki, satış məntəqələrində yalnız sertifikatlaşdırılmış və İMEİ nömrələri bazada qeydiyyatda olan mobil cihazların satışı təşkil olunmalıdır.

İstehlakçıların hüquqlarının qorunması məqsədi aidiyyatı qurumlarla birgə satış məntəqələrində olan cihazların İMEİ nömrələrinin qeydiyyatda olması yoxlanacaq, qeydiyyatsız cihazların satışını təşkil edən hüquqi və fiziki şəxslərə qarşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun tədbirlər görüləcəkdir.

Mobil cihazların qeydiyyatını www.imei.az, www.e-gov.az saytlarında birbaşa və ya poçt şöbələrində aparmaq mümkündür.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi