Mobil ID

Mobil İdentifikasiya (Mobile-İD) mobil telefondan istifadə edərək təhlükəsiz istifadəçi identifikasiyasını aparmağa imkan verən xidmətdir. Mobil İD şəxsiyyət vəsiqəsi kimi e-xidmətlərin təhlükəsiz əldə edilməsi və sənədlərin rəqəmsal imzalanması üçün istifadə olunur, lakin üstünlüyü ondadır ki, hər hansı bir kart oxuyucusu olmadan da işləyə bilər.

2013-ci ilin birinci rübündə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) ilə Rumıniyanın CertSİGN şirkətinin birgə hazırladıqları ilk hüquqi qüvvəyə malik olan mobil autentifikasiya sertifikatlarının vətəndaşlara təqdim edilməsi nəzərdə tutulmuşdur. Vətəndaşlar veb səhifəsi üzərində yerləşən onlayn qeydiyyat formasını doldurub göndərərək və ya Sertifikat Xidmətləri Mərkəzinə müraciaət edərək mobil sertifikatları əldə edəbilərlər. Autentifikasiya üçün istifadə olunan rəqəmsal sertifikatlar X.509 v3 standartına uyğun olacaq. Sertifikatlar MHM-in Sertifikat Xidmətləri Mərkəzi tərəfindən hazırlanacaq və İOS, Android, Symbian əməliyyat sistemləri ilə işləyən qurğularda (telefon və planşet kompyuterlər) yalnız PİN kod / parol vasitəsi ilə istifadə ediləcək. Gizli açar kriptoqrafik imkanlara malik və FİPS 140-2 standartına uyğun olan SİM kartında, kart oxuyucusunda və ya sifrələnmə ilə qorunan açarlar qovluğuna yüklənilərək təhlükəsiz mühitdə saxlanılacaq.

Istifadəçi smartfonla veb səhifəsinə daxil olarkən öz rəqəmsal sertifikatının köməyi ilə eyniləşdiriləcək. Smartfonun veb brauzeri və veb server arasında standart SSL bağlantısı qurulacaq və qarşılıqlı SSL autentifikasiya icra olunacaq.

Elektron hökumət portalı dünyanın bir sıra ölkələrində fəaliyyət göstərir. Bu gün artıq elektron hökumət portalı Azərbaycandada mövcutdur və 30 dövlət qurumu tərəfindən 179 elektron xidməti vətəndaşlara təqdim edir. Portalın əsas məqsədi dövlət qurumları ilə vətəndaşların arasında şəffaf və keyfiyyətli əlaqələrin qurulmasıdır. Bizim mərkəz mobil texnologiyalar vasitəsilə vətəndaşlarla hökumət arasında qarşılıqlı əlaqələrin yaradılmasına kömək edən yeni həllərin inkişafı istiqamətində işlər aparır.

Yüksələn xərclərin və dünyada onlayn fırıldaqçılığın ildən-ilə artması ilə əlaqədar sənayə və ticarət mütəxəssiləri təhlükəsiz onlayn bankaçılıq və kartsız pul köçürmələri həllərin axtarışındadırlar. Bu tələblərə cavab verən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin mobil İD xidməti ölkəmizdə onlayn bankaçılığın inkişafında mühüm rol oynayacaq.

Tələb olunan sənədlər

Ərizə və ərizənin doldurulma qaydası

Autentifikasiya sertifikati nece elde etmeli

Digər

CP AZ Mobile Authority

CPS AZ Mobile Authority

Tariflər

1 illik - 4 AZN

2 illik - 7 AZN

3 illik - 9 AZN