Keyfiyyətin idarə olunması

Azərbaycan Respublikası
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin
MƏLUMAT HESABLAMA MƏRKƏZİ

MİSSİYA

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) texnoloji proseslərdə istifadə olunan kompüter və serverlərin texniki xidmətini, proqram təminatının hazırlanmasını, informasiya sistemlərinin, korporativ və lokal şəbəkələrin istismarını həyata keçirir.

KEYFİYYƏT SİYASƏTİ

Biz, Məlumat Hesablama Mərkəzi (MHM) beynəlxalq keyfiyyət standartlarının dövlətin və cəmiyyətin tələbatına uyğun şəkildə tətbiqi əhəmiyyətini nəzərə alaraq, proqram təminatının yaradılması və istismarı, web saytların, korporativ və lokal şəbəkələrin yaradılması və telekommunikasiya xidmətləri üzrə sifarişçilərin normativlərə əsaslanmış real və artan tələbatlarını təmin etmək məqsədilə keyfiyyət sahəsində bu siyasəti bəyan edirik.

MHM-in Keyfiyyət sahəsində siyasəti onun rolunu və əsas dəyərlərini əks etdirən inkişaf strategiyasının bir hissəsidir.

Keyfiyyət sahəsində siyasət müxtəlif telekommunikasiya xidmətlərinin göstərilməsi qaydası və keyfiyyətinə qoyulan tələbləri tənzimləyən beynəlxalq (ISO 9001:2015) və milli standartların norma və qaydalarının şərtsiz yerinə yetirilməsinə əsaslanır.


Biz müştərilərimizin arzu və istəklərini, maliyyə imkanlarını nəzərə alaraq xidmətlərimizlə bağlı keyfiyyət sahəsində aşağıdakı öhdəlikləri üzərimizə götürürük:

Keyfiyyəti idarəetmə sisteminin İSO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun təkmilləşdirmək;

-  Sistemin təkmilləşdirlməsini təmin etmək məqsədilə rəhbərlik tərəfindən mütəmadi təhlillər aparmaq;

-  Məhsul çeşidlərini və keyfiyyətini müştəri ehtiyacları və istəkləri ilə yanaşı mövcud qanunvericlik tələbləri əsasında artırıb inkişaf etdirmək;

-  Müştəri tələbatını hərtərəfli öyrənmək, bu tələbata uyğun qabaqcıl texnologiyaların və idarəetmə üsullarının, elmi nailiyyətlər əsasında yaradılan innovasiyaların MHM-in gündəlik işində tətbiqi yolu ilə səmərəli fəaliyyət göstərməklə istehsal göstəricilərimizi yüksəldib inkişaf etdirmək, fəaliyyət sahəmizdə lider təşkilata çevrilmək;

-  Müştərilərin (o cümlədən, dövlət orqanlarının, əhalinin, işgüzar dairələrin, elm və təhsil müəssisələrinin, KİV-in, vətəndaş cəmiyyətinin, beynəlxalq təşkilatların və s.) tələbatlarını və məmnuniyyətini maksimum təmin etmək;

-  Bu Siyasətin müəssisənin bütün əməkdaşlarına çatdırılmasını və başa düşülməsini təmin etmək;

-  Əməkdaşların peşəkarlıq səviyyəsinin artırmaq, onların müasir bacarıqlara yiyələnməsini təmin etmək;


Keyfiyyət siyasətimizin reallaşdırılmasında MHM aşağıdakılara əsaslanır:

MHM-in məqsəd və məramlarına təsir göstərən daxili (dəyər, mədəniyyət, bilik və s.) və xarici (texnoloji, hüquqi, sosial və s.) amillərin diqqətdə saxlanılması;

-  hər bir prosesin planlaşdırılması zamanı risklərin müəyyənləşdirilməsi və müvafiq qabaqlayıcı tədbirlərin görülməsi;

-  məhsul və xidmətlərin keyfiyyətinin beynəlxalq keyfiyyət meyarlarına uyğunluğunun müntəzəm olaraq yoxlanması;

-  hər bir prosesin planlaşdırılmış nəticələrinin səmərəli alınması üçün fəaliyyətin və resursların idarə edilməsində mərhələli yanaşmadan istifadə edilməsi.


MHM-in rəhbərliyi daim çalışır ki, bütün işçi heyəti:

-  "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlarla bağlı məlumatlı olsun;

-   bilik və bacarıqların artırılması məqsədilə mütəmadi olaraq təlimatlandırılsın;

-  cari dövr üçün keyfiyyət sahəsində siyasəti və məqsədləri bilsin;

-  keyfiyyətli metodoloji, təlimatlandırıcı sənədlərə malik olsun və zəruri peşəkar hazırlığa yiyələnə bilsin;

-  işlərin keyfiyyətlə yerinə yetirilməsi üçün müvafiq proqram vasitələri, kompüter texnikası və digər zəruri vasitələrlə təmin edilsin;

-  qarşılıqlı əlaqələri səmimilik, etibarlılıq və problemlərin birgə həll edilməsi prinsipi əsasında qursun;

-  rəhbərlik tərəfindən müəyyənləşdirilmiş bütün tapşırıqları vaxtlı-vaxtında və keyfiyyətlə yerinə yetirsin;

-  keyfiyyət sahəsində mövcud biliyi yeniləsin və inkişaf etdirsin.

 


MHM-in rəhbərliyi keyfiyyətin idarə edilməsi sisteminin təhlil edilməsi və səmərəliliyinin daim artırılması üçün məsuliyyət daşıyır.